Şrift:
Goranboyda sünnət aksiyası keçirilib
25.09.2015 [14:58] - Gündəm, Sosial
Goranboyda Qurban bayramı münasibətilə sünnət aksiyası keçirilib.

Kəpəz TV (Region TV) xəbər verir ki, rayon İcra Hakimiyyətinin təşəbbüsü ilə keçirilən xeyriyyə aksiyasında aztəminatlı, cəbhə bölgəsində yaşayan və əlil ailələrindən olan 30 uşaq cəlb olunub.

Goranboy Mərkəzi Rayon Xəstəxanasının 5 cərrah-həkimi tərəfindən edilən əməliyyatların hamısı uğurlu keçib. Sünnət olunan uşaqlara müxtəlif hədiyyələr verilib.

Xəstəxananın baş həkimi Rüstəm Budaqov deyib: "Qurban bayramı çox gözəl bayramdır. Bu bayramda hamı aztəminatlı ailələrə yardım edir. Bizim rayonda artıq 6 ildir ki, bu bayramda belə aksiyalar keçirilir".

Qeyd edək ki, bayram günlərində rayon ərazisində belə aksiyalar mütəmadi olaraq keçirilir.
Bu xəbər oxucular tərəfindən 713 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed