25.09.2015 [15:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, azərbaycanlı uşaq haqları fəalı Səid Şirzad uzun müddət qeyri-müəyyən vəziyyətdə saxlandıqdan sonra sentyabrın 12-də (şəhrivərin 21-də) Tehran inqilab məhkəməsinin 15-ci şöbəsində mühakimə edilib. Artrıq fəalın 5 il həbs cəzasına məhkum olduğu bildirilir.
Məlumata görə, S.Şirzad ümumi sayişi pozmaq ittihamından bəraət qazansa da, sistemin əleyhinə sözləşmə isttihamı ilə 5 il azadlıqdan məhrum edilib.
Uşaq haqları fəalı S.Şirzad keçən aylarda məhkəmə iclasını etiraz əlaməti olaraq tərk edib. O, çağırışın öncədən elan olunmaması, vəkilin məhkəmə prosesinə qatılmaması və bütün müraciətlərə rəğmən vəkilə onun dosyesi ilə tanış olmaq icazəsi verilməməsi səbəbindən məhkəmə iclasını tərk edib. Fəal bu vəziyyətə etirazla yanaşı, həmçinin əl-qolunun qandallanmasına etiraz etdiyi üçün iki dəfə məhkəmə iclasına qatılmaqdan imtina edib.
Qeyd edək ki, S.Şirzad 2014-cü il iyunun 2-də (1393-cü il xordadın 12-də) Təbrizdə öz iş yerində təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. Fəal qısa müddət sonra Tehranın Evin zindanına və bir müddət sonra Rəcayişəhr həbsxanasına intiqal edilib. O 2012-ci il avqustun 21-də (1391-ci il mordadın 31-də) Qaradağda baş verən dağıdıcı zəlzələ nəticəsində təbii fəlakətdən zərərçəkənlərə yardım etmək məqsədi ilə Əhər şəhərinə gedib və təhlükəsizlik qüvvələri tərəfindən tutuqlanıb. O 19 gün saxlandıqdan sonra zəmanətə buraxılıb.

Bu xəbər oxucular tərəfindən 698 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |