Şrift:
Traxtur-Perspolis müsabiqəsinin son nəticəsi
26.09.2015 [09:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin səhənd stadionunda yerli vaxtla saat 16:20-də başlayan futbol müsabiqəsi bu dəqiqələrdə sona çatdı.
İran üzrə futbol klublarının super liqa rəqabətlərinin 7-ci həftəsində keçirilən müsabiqədə Təbrizin “Traxtur” takımı ilə Tehranın “Perspolis” komandası qarşılaşdı. Bu oyuna Azərbaycan komandasına qarşı dəfələrlə düşmənçiliyini sübut edən Möhsün Torki hakimlik etdi.

Məlumata görə, oyunun ikinci hissəsində hakimin “Perspolis”in xeyirinə elan etdiyi penaltı Tehran komandası üçün bir qol gətirdi.

Bununla da “Traxtur-Perspolis” müsabiqəsi (1 – 0) hesabı ilə “Perspolis”in xeyirinə sona çatdı.

Bildirək ki, müsabiqəyə bir gün qalmış “Traxtur” klubu məsulları və Şərqi Azərbaycan futbol heyəti Möhsün Torkinin hakim kimi seçilməsinə etiraz edib və hakimin dəyişdirilməsini müsabiqə təşkilatçılarından istəmişdir, lakin tələb təmin olunmamışdır.

Xatırladaq ki, Möhsün Torki “Traxtur” tərəfdarları və bir çox azərbaycanlı üçün tanış bir addır. O ötən illərdə verdiyi qərarlarla Azərbaycan komandası ilə düşmənçiliyini dəfələrlə sübut edib. Onun ədalətsiz qərarları nəticəsində keçən il “Traxtur” super liqanın son müsabiqəsində qələbəni əldən verərək çempionluğu İsfəhanın “Sepahan” komandasına ötürməli oldu.
Bu xəbər oxucular tərəfindən 602 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed