26.09.2015 [09:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sentyabrın 24-də İranın Şərqi Azərbaycan əyalətinin paytaxtı Təbrizin şadlıq evlərinin birində toy mərasiminə qatılan 30 qadın ağır zəhərlənib.
Şərqi Azərbaycan əyalətinin Təcili Tibbi Yardım İdarəsinin ümumi əlaqələr şöbəsinin məsulu Həbib Hüseynquluzadə sentyabrın 24-də jurnalistlərə açıqlamasında deyib ki, zəhərlənən qadınlar Təbrizin dörd xəstəxanasında yerləşdirilib: “Hadisə axşam saat 6:30 radələrində baş verib və idarəmiz tərəfindən kütləvi zəhərlənmə qurbanlarına ilkin tibbi yardım göstərmək üçün hadisə yerinə 9 ambulans göndərilib.
Zəhərlənən şəxslər hazırda Təbrizin “İmam Rza”, “Sina”, “Ərteş” və “Əlqədir” xəstəxanalarında müalicə alır, ciddi həkim nəzarətində saxlanılır”.
Həbib Hüseynquluzadə kütləvi zəhərlənmənin səbəbi barədə onda konkret dəqiq məlumatın olmadığını da bildirib: “Ola bilsin ki, zəhərlənməyə şadlıq evinin motorxanasından karbon-monoksid qazının sızması səbəb olub”.

Bu xəbər oxucular tərəfindən 767 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |