Şrift:
Xoy şəhərində tutulan fəalların 3-ü azadlığa buraxılıb
26.09.2015 [10:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, təhsil ocaqlarının açılışı gününə bir gün qalmış Güney Azərbaycanın Xoy şəhərində 4 nəfər azərbaycanlı milli-mədəni fəal İranın təhlükəsizlik qüvvələri tərəfindən yaxalanmışdır.
Son məlumata görə, artıq Hamid Eyvəzlu, Sina İrəci və Hüseyn Hacı Hüseynli ittihamları elan olunduqdan sonra sentyabrın 23-də (mehrin 1-də) sərbəst buraxılıb. Onlar sistemin əleyhinə təbliğdə günahlandırılıb.

Tutulan fəallardan birisi isə hələ də təhlükəsizlik qüvvələri tərəfindən saxlanılır. Rəsul İrəcinin harada saxlanıldığı ilə bağlı heç bir məlumat yoxdur.

Xatıərladaq ki, Rəsul İrəci, Sina İrəci, Hamid Eyvəzli və Hüseyn Hacı Hüseynli sentyabrın 22-i (şəhrivərin 31-i) yerli vaxtla saat 17 radələrində təhlükəsizlik qüvvələri tərəfindən yaxalanıb və naməlum istiqamətə aparılmışdır. Fəalların “1 Mehr” təhsil ocaqlarının açılışı günü ilə əlaqəli tutulduğu olduğu ehtimal olunur.
Bu xəbər oxucular tərəfindən 593 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed