Şrift:
Sulduzda mədəniyyət və ədəbiyyatsevər mütəxəssis həkim dünyasını dəyişib
28.09.2015 [09:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, Bildiriş
Güney Azərbaycanın Sulduz şəhərində onkologiya və sümük iliyi cərrahisi üzrə tanınmış mütəxəssis həkim ürək çatışmazlığından dünyasını dəyişib.
Doktor Davud Məleki sentyabrın 24-də (mehrin 2-də) 48 yaşında vəfat edib.

Məlumata görə, doktor Davud Məlekinin Azərbaycan mədəniyyəti və ədəbiyyatına xüsusi vurğunluğu olub. Azərbaycanlı araşdırmaçı, şair və yazıçı alimdən “könül bağı” şeir kitabı və “Sulduzda ikinci dünya müharibəsindən sonrakı hadisələr” tarixi kitab kimi qiymətli əsərlər qalıb. Mərhum ziyalı alim yaşadığı müddətdə Sulduz əhalisi və Azərbaycan xalqı üçün qiymətli xidmətlər edib və bu cəhətdən Azərbaycan Milli Hərəkat fəalları arasında xüsusi hörmətə malik olub. O sentyabrın 25-də (mehrin 3-də) Sulduz şəhərində dəfn edilib.

“ALLAH rəhmət eləsin”
Bu xəbər oxucular tərəfindən 915 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed