28.09.2015 [11:07] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanın Xoy şəhərində azərbaycanlı milli fəallar İbrahim Cəfərzadə, Mina Kəhrubayi və azyaşlı övladlarının 4-cü ildönümü mərasimi keçirilib.
Mərasim sentyabrın 5-də (mehrin 3-də) Xoy şəhərinin Biləvar qəsəbəsinin məzarlığında bir çox milli-mədəni fəalın qatılımı ilə keçirilib.
Mərasimdə çıxış edən fəallar Ana Dildə təhsilin dövlətdən tələb edilməsi və onun əhəmiyyəti, azərbaycanlı siyasi məhbusların vəziyyəti, yorulmaz mübariz mərhum İ.Cəfərzadənin həyatı və fəaliyyəti və s. kimi mövzularda çıxış ediblər.
İldönümü törəni milli marşın oxunması ilə başlayıb və “Ayrılıq” mahnısının birgə ifası ilə sona çatdırılıb.
Bildirək ki, tanınmış azərbaycanlı fəal İbrahim Cəfərzadə 4 il öncə bu günlərdə bir yol qəzası nəticəsində həyat yoldaşı M.Kəhrubayi və azyaşlı övladı ilə birlikdə dünyasını dəyişib. Onun həyat yoldaşı da Azərbaycan Milli Hərəkatı fəallarından biri olub.
Mərhum İ.Cəfərzadə Xoy şəhərində Azərbaycan Milli Hərəkatının tanıtımı uğrunda təqdirə layiq fəaliyyətləri ilə xatırlanır. “Əvrin” müəssisəsinin yaradılması onun mədəni fəaliyyətlərindən biridir. Bu müəssisə digər fəalların əməkdaşlığı ilə Azərbaycanda milli kimliyin təbliği uğrunda ciddi uğurlara imza atıb.
Mərhum İ.Cəfərzsadə fəaliyyət dövründə dəfələrlə rejimin təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.

Bu xəbər oxucular tərəfindən 793 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |