Şrift:
Nima Həsəni həbs edilib
29.09.2015 [09:50] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal Nima Həsəni yaxalanıb və məhkum olunduğu həbs cəzasıını çəkmək üçün Urmiyə zindanına aparılıb.
Saxlandığı müddət hesab olunmaqla 1 ay həbs cəzasına məhkum edilən fəal Urmiyənin inqilab məhkəməsinə müraciət etdikdən sonra zindana aparılıb.

N.Həsəni 2014-cü il iyunun 9-da (1393-cü il xordadın 19-da) Urmu gölü ilə bağlı keçirilməli olan etiraz aksiyası ərəfəsində 21 nəfərlə birlikdə yaxalanıb və Urmiyə inqilab məhkəməsinin 1-ci şöbəsində mühakimə edildikdən sonra daxili təhlükəsizliyin əleyhinə sözləşmə və sistemin əleyhinə təbliğ ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilib. Sonra fəalın hökmü Qərbi Azərbaycan Vilayəti Apelyasiya Məhkəməsinin (təcdide nəzər məhkəməsi) 10-cu şöbəsi tərəfindən saxlanma müddəti hesab olunmaqla 1 ay həbs cəzasına endirilib.

Adını çəkdiyimiz fəal bundan öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 710 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed