30.09.2015 [10:18] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz, Bildiriş
Azərbaycan aşıq musiqisi ustadı, böyük sənətkar aşıq Rəsul Qubanı 80 yaşında dünyaya əbədi olaraq göz yumdu.
Həmkarları arasında “Dədə” ləqəbi ilə tanınan yaşlı sənətkar Təbrizin İmam Rza xəstəxanasında vəfat edib. Beyin infarktı səbəbindən xəstaxanada müalicə alan məşhur ustad sentyabrın 28-də (mehrin 6-da) dünyasını dəyişib.
Mərhum bir müddət öncə “Sinəmdə səslənən sazım var” kitabının təqdimat mərasimində saz əlinə alıb və mərasim iştirakçılarını şirin əsisi ilə vəcdə gətirmişdir.
Aşıq R.Qurbani hicri-şəmsi təqvimi ilə 1314-cü ildə Qaradağın Abbasabad kəndində dünyaya göz açıb. O aşıq musiqi sənətinə 16 yaşından başlayıb. Mərhum R.Qurbani Fransa, Almaniya, Hollandiya, İngiltərə, Yaponiya, Çin, Çexiya (Çek), Avstriya (Otriş), Avstraliya, Azərbaycan Cümhuriyyəti, Məcaristan, Türkiyə və s. kimi ölkələrdə keçirilən xarici festivallarda aşıq musiqisi ifa edib.
Onun hələlik harada və nə zaman dəfn ediləcəyi ilə bağlı məlumat yayılmayıb.
“ALLAH rəhmət eləsin”

Bu xəbər oxucular tərəfindən 757 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |