Şrift:
Nima Həsəni həbsxananın bu bölümünə intiqal edilib
30.09.2015 [10:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sentyabrın 26-da (mehrin 4-də) Urmiyənin inqilab məhkəməsinə müraciət etdikdən sonra, məhkum olunduğu həbs müddətini çəkmək üçün bu şəhərin həbsxanasına aparılan azərbaycanlı milli-mədəni fəal zindanın “cavanlar bölümü”nə köçürülüb.
Nima Həsəni zindana gətirildikdən bir gün sonra “cavanlar bölümü”nə aparılıb. Məlumata görə, fəal həbsxananın bu bölümünə aparılmasına kəskin etiraz edib və zindanın siyasi bölümündə həbs cəzasını çəkmək istəyib.

N.Həsəni 2014-cü il iyunun 9-da (1393-cü il xordadın 19-da) Urmu gölü ilə bağlı keçirilməli olan etiraz aksiyası ərəfəsində 21 nəfərlə birlikdə yaxalanıb və Urmiyə inqilab məhkəməsinin 1-ci şöbəsində mühakimə edildikdən sonra daxili təhlükəsizliyin əleyhinə sözləşmə və sistemin əleyhinə təbliğ ittihamı ilə 6 ay həbs cəzasına məhkum edilib. Sonra fəalın hökmü Qərbi Azərbaycan Vilayəti Apelyasiya Məhkəməsinin (təcdide nəzər məhkəməsi) 10-cu şöbəsi tərəfindən saxlanma müddət hesab olunmaqla 1 ay həbs cəzasına endirilib.

Adını çəkdiyimiz fəal bundan öncə də mədəni fəaliyyətlərinə görə dəfələrlə təhlükəsizlik qüvvələri tərəfindən saxlanılıb və müxtəlif təzyiqlərə məruz qalıb.
Bu xəbər oxucular tərəfindən 719 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed