30.09.2015 [12:52] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Davam.az Azərbaycan Milli Dirəniş Hərəkatının beynəlxalq məsələlər üzrə nümayəndəsi Kərim Əsgərinin "Amerikanın Səsi"nə verdiyi müsahibəni təqdim edir
Sentyabr ayında dünya ölkələrində olduğu kimi İranda da yeni təhsil ili başlayıb. Lakin İran hökumətinin vədlərinə baxmayaraq, İranda yaşayan azərbaycanlıların ana dilində təhsil almaq imkanı hələ də yoxdur. Azərbaycan Milli Dirəniş Hərəkatının beynəlxalq məsələlər üzrə nümayəndəsi Kərim Əsgəri Amerikanın Səsinə müsahibəsində ana dilində təhsil hüququ, İran hökumətinin vədləri və etnik azlıqlarla bağlı siyasət haqda danışıb.
Kərim Əsgəri deyib ki, İranda istər Pəhləvilər dövründə, istərsə də indi İslam Cumhuriyyəti dönəmində tək dil siyasəti mövcud olub. O qeyd edib ki, İranın çoxmillətli ölkə olmasına baxmayaraq, sadəcə fars dili rəsmi statusa malikdir. “İrandakı qeyri-fars millətləri buna hər zaman öz etirazlarını bildiriblər. Özəlliklə Azərbaycan türkləri son 90-cı ildə keçmişdən günümüzə qədər öz etirazlarını bildiriblər”-deyə o qeyd edib.
Kərim Əsgəri bu günlər Təbrizdə və İran Azərbaycanının digər şəhərlərində ana dilində təhsil imkanlarının təmin edilməməsinə etirazların keçirildiyini deyib: “Təbrizin ən qalabalıq nöqtəsi olan Təbriz bazarında bir qrup gənc əllərində “Bizim Ana dilimiz hanı”, “Türk dilində mədrəsə olmalıdır hər kəsə” plakatları ilə küçələrdə öz etirazlarını bildirib.
Güneyli fəal bu etirazların təkcə Təbrizlə məhdudlaşmadığını, Urmiyada, Xoyda Zəncanda ana dilində təhsilin hüququnun təmin edilməməsinə etiraz aksiyalarının keçirildiyini qeyd edib. O, etiraz aksiyaları iştirakçıları arasında İranın təhlükəsizlik qüvvələri tərəfindən saxlanılanların olduğu haqda məlumatların verildiyini bildirib.
Kərim Əsgəri İran prezidenti Həsən Ruhaninin seçki öncəsi azərbaycanlıların dil hüquqlarının təmin ediləcəyi haqda verdiyi vədinə əməl etmədiyini deyib və bunun səbəblərini qeyd edib.
“Bu məsələyə son 90 il ərzində Pəhləvilər dövründə və İran İslam Cumhuriyyəti dövründə hansı ideologiyanın üstünlüyü müstəvisindən baxmalıyıq. Son Qacar türk imperatorluğundan sonra İranda bütünlüklə ariyaçılıq və “fars” təməlli bir ideologiya hökm sürməyə başladı, qeyri-farslara əhəmiyyət verilmədi və onların saxta tarixə əsasən farslarla eyni kökdən olmasını göstərməyə çalışdılar. Bunun məqsədi İranda yalnız farsların olduğuna və qeyri-farsların olmadığına diqqət çəkmək idi.”
Kərim Əsgəri İran hökumətinin bu siyasətinin Həsən Ruhani dövrünə qədər davam etdiyini və hökumətlərin dəyişməsinə baxmayaraq, dünşüncə tərzinin eyni qaldığını deyib.
“Əgər Türk dili İranda rəsmi fars dilindən daha bir rəsmi dil kimi tanınsa, bu, paniranizm düşüncəsinə görə İranın birliyinə təhlükə kimi görünür və onun üçün heç bir zaman İranın hər yerində, xüsusilə də Azərbaycan bölgəsində türk dilinin rəsmi dil kimi tanınması və tədrisinə icazə verilməsini gözləmirəm”-deyə o bildirib.
Kərim Əsgərinin sözlərinə görə, Həsən Ruhanidən əvvəl Məhəmmd Xatəmi də seçkidən əvvəl vədlərlə çıxış etmişdi, lakin hakimiyyətdə gəldikdən sonra bu vədlər yerinə yetirilmir. O xüsusilə Həsən Ruhaninin Urmiya gölünün qurumasının qarşısının alınması və Azərbaycan dilində qurumun yaradılması ilə bağlı verdiyi vədləri göstərib.
Qərb qüdrətləri və İran arasında razılaşmanın ölkədə daxili siyasi duruma mümkün təsirləri ilə bağlı sualı cavablandıran Kərim Əsgəri anlaşmada insan haqları məsələsinin nəzərdə tutulmadığını qeyd edib. O, razılaşmanın əsas məqsədinin Qərbin İranın nüvə proqramı ilə bağlı narahatlığının ünvanlanması məqsədilə əldə edildiyini deyib.
“Belə demək olar ki, İran daxilində hər hansı bir dəyişikliyin olması gözlənmir. Çünki İranın daxilində belə imkanlar yoxdur, yəni demokratik bir sistem olmadığı üçün belə dəyişikliklərin olması da mümkün deyil. Xaricdən İrana təzyiq olmasa belə bir dəyişiklik mümkün deyil. Əgər Qərbin ciddi iradəsi və istəyi olmasa, İranda insan haqları, ya da etnik və dini azlıqlarla bağlı siyasətdə hər hansı yumşalmanın gözlənməsi qeyri-mümkündür”-deyə güneyli fəal bildirib.
Müsahibənin videosuna aşağıdakı linldən baxa bilərsiniz:
TIKLAYIN

Bu xəbər oxucular tərəfindən 806 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |