01.10.2015 [10:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Sentyabrın 29-da BMT Baş Assambleyasının toplantısında çıxış edən Yəmənin qanuni prezidenti Əbd Rəbbuh Mənsur Hadi İranın ölkəsində cərəyan edən vətəndaş müharibəsindəki rolundan danışıb.
İranın müxalif husi şiələrinə silah-sursat yardımı göstərdiyinə toxunan Əbd Rəbbuh Mənsur Hadi deyib ki, o və ona vəfadar qüvvələr İran İslam Respublikasının Yəməndə nüfuzunu genişləndirməsinin qarşısını alacaqlar: “İran Yəmənə qarşı təxribat aparamaqla bu ölkəni məhv etmək niyyətindədir. Biz yalnız Yəmənin İranın əlinə düşməyəcəyindən əmin olmaq üçün müharibə aparırıq”.
Yəmən prezidenti öz çıxışında həmçinin Səudiyyə Ərəbistanı kralı Məlik Salmana ölkəsində husi şiələrinə qarşı intensiv hava hücumlarına görə təşəkkürünü bildirib.
Qeyd edək ki, Səudiyyə Ərəbistanının rəhbərliyi ilə yaradılan regional koalisiya qüvvələri İranın Yəməndə müxalif husilərə silah-sursat göndərməsinin qarşısını almaq üçün bu ölkənin bütün limanlarında vəziyyətə nəzarəti gücləndiriblər.

Bu xəbər oxucular tərəfindən 828 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |