Şrift:
Təbriz məhkəməsi uyğur türklərinə dəstək verən 3 azərbaycanlı fəalı həbsə məhkum edib
01.10.2015 [11:29] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbriz məhkəməsi bu il iyulun 10-da (tirin 19-da) keçirilən “Qüds” günü mərasimində Doğu Türküstan bayrağı ilə aksiyaya qatılan və müsəlman uyğurlara dinc şəkildə dəstək verən 3 azərbaycanlı fəalı həbsə məhkum edib.
Təbriz məhkəməsinin hökmü ilə fəallar Rəsul Rəzəvi, Sevindik Lütfi və Hüseyn Rəxşani, Çin hökumətinin müsəlman uyğurlara qarşı təzyiq və repressiasına etiraz bildirdiyinə görə hər biri 1 il müddətinə azadlıqdan məhrum edilib. Fəalların hər birinə çıxarılan 1 illik həbsin 6 ayı şərtidir.

Qeyd edək ki, fəallar Rəsul Rəzəvi, Sevindik Lütfi və Hüseyn Rəxşanini iyulun 10-da (tirin 19-da) Təbrizdə keçirilən “Qüds” günü mərasimində tutulmuşdular. ETTELAAT əməkdaşları hər üç fəalı Doğu Türküstan bayraqlarını əllərində gəzdirib yazılı plakatlar qaldıraraq Çin rejiminin müsəlman uyğurlara təzyiqinə qarşı şüarlar səsləndirdikdən sonra saxlamışdılar.

Xatırladaq ki, İran təhlükəsizlik qüvvələri həmin gün (iyulun 10-da) Şərqi Azərbaycan əyalətinin Əhər şəhərində eyni tərzdə aksiyaya qatılaraq uyğur türkləri ilə həmrəylik nümayiş etdirən dinc fəallar İbrahim Nuri və Milad Əzimini də tutmuşdular.
Bu xəbər oxucular tərəfindən 823 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed