01.10.2015 [11:38] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Yəmənin hökumətini və onun qanuni prezidenti Əbd Rəbbuh Mənsur Hadini dəstəkləyən Səudiyyə Ərəbistanının rəhbərlik etdiyi ərəb koalisiyası İranın gizli yollarla Yəmənə silah-sursat daşıyan bir qayığını saxladıqları barədə məlumat yayıb.
Ərəb koalisiyasının sentyabrın 30-da yaydığı məlumatda bildirilir ki, koalisiya qüvvələri İranın balıqçılıq qayığı adı ilə qeydiyyatdan keçmiş qayığını sentyabrın 26-da saxlayıb: “Qayıqda müxtəlif güllə və mərmilər, qumbara atanlar və digər hərbi avadanlıqlar aşkar edilib. 14 işçisi olan qayığın sənədləri yoxlandıqdan sonra onun balıqçılıq məqsədi ilə qeydiyyatdan keçdiyi və İran hökumətinə bağlı şirkətlərdən birinin ixtiyarında olduğu bəlli olub”.
Qeyd edək ki, Səudiyyə Ərəbistanı və onun rəhbərlik etdiyi koalisiya qüvvələri dəfələrlə İranı Yəmənə silah göndərməkdə və onun gizli yollarla husi şiələrinə yardım göstərməkdə günahlandırsa da, İran bu ittihamları rədd edib.

Bu xəbər oxucular tərəfindən 694 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |