Şrift:
Türkiyə şirkətləri Azərbaycanda yeni texnika və silah sistemlərinin təqdimatını keçirir
04.10.2011 [12:20] - Gündəm
Türkiyənin müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələrindən ibarət heyət Bakıda səfərdir
Türkiyənin müdafiə sənayesi sahəsində fəaliyyət göstərən şirkətlərin nümayəndələrindən ibarət heyət Bakıya gəlib. Səfərdə məqsəd qarşılıqlı əməkdaşlıq məsələlərini müzakirə etməkdir.

Türkiyə Müdafiə Sənayesi Katibliyinin nümayəndəsinin rəhbərlik etdiyi heyətdə Türkiyənin ASELSAN, «Ares Shipyard», «Yüksel Savunma», «Ekin Technology», TAİ şirkətlərinin nümayəndələri təmsil olunur.

Səfər çərçivəsində müxtəlif hərbi qurumlarla görüşlərin keçirilməsi, əməkdaşlıq imkanlarının müzakirə olunması planlaşdırılır.

Görüşlərdə, həmçinin, Türkiyə şirkətləri tərəfindən Azərbaycan qurumları üçün yeni texnika və silah sistemlərinin təqdimatı keçiriləcək.
Bu xəbər oxucular tərəfindən 1210 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed