Şrift:
Aşıq Rəsul Qurbani dəfn edilib
02.10.2015 [10:09] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Keçən günlərdə 80 yaşında dünyasını dəyişən Azərbaycan aşıq musiqisi ustadı, böyük sənətkar aşıq Rəsul Qubaninin dəfn mərasimi keçirilib.
Mərhum ustad sentyabrın 30-da (mehrin 8-də) Təbrizin “Rəhmət vadisi” məzarlığında incəsənət xadimlərinə ayrılan bölümdə dəfn edilib. Dəfn mərasimində onun yaxınları və sevənləri ilə yanaşı Azərbaycan incəsənətinin tərəfdarları da aktiv şəkildə iştiarak edib.
Xatırladaq ki, Həmkarları arasında “Dədə” ləqəbi ilə tanınan yaşlı sənətkar Təbrizin İmam Rza xəstəxanasında sentyabrın 28-də (mehrin 6-da) vəfat edib.
Bu xəbər oxucular tərəfindən 837 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed