03.10.2015 [10:00] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Təbrizin “Traxtur” futbol komandasının baş məşqçisi ilə bağlı yayılan şayiələrin əsassız olduğu məlum olub.
Son günlərdə Tuni Oliveranın öz vəzifəsindən uzaqlaşdırıldığı ilə bağlı şayiələr dolaşır. Bu şayiələr “Traxtur”un keçən müsabiqələrdə istənilən uğuru əldə etmədiyi ilə izah olunur. Lakin yeni yayılan məlumat Tuni Oliveranın öz vəzifəsində olduğuna dəlalət edir.
İdman (vərziş) saytlarında yayılan xəbərlərdə bildirilir ki, super liqa müsabiqələri arasındakı fasiləyə görə Təbrizi tərk edib və hazırda xaricdə olan Tuni Olivera yaxın günlərdə bu şəhərə qayıdacaq. “Traxtur” klubu məsullarının biri mətbuata bildirib ki, baş məşqçisi 1-ci gün (doşənbə gün) Təbrizə qayıdıb və komandanın yeni məşqlərinə start verəcək.

Bu xəbər oxucular tərəfindən 731 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |