03.10.2015 [10:05] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
BMT Baş Assambleyasının iclasına qatılmaq üçün Nyu-Yorka səfər edən İran xarici işlər nazirinin müavini Abbas Əraqçi oktyabrın 1-də İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrin xarici işlər nazirlərinin toplantısında çıxış edərək Məkkədə baş vermiş olaydan danışıb.
Abbas Əraqçi deyib ki, Səudiyyə Ərəbistanı Minada baş vermiş hadisənin məsuliyyətini üzərinə götürməli, həcc mərasimi zamanı baş verənlərə aydınlıq gətirməlidir: “Biz bu məsələni siyasiləşdirmək fikrində deyilik. Lakin məsələyə aydınlıq gətirilməsini tələb edirik. Təəssüflər olsun ki, Minada baş vermiş hadisədə minlərlə hacı həyatını itirib. Onların 465 nəfəri də iranlı zəvvarlardır.
Hadisədən 8 gün keçməsinə baxmayaraq bizim 200-ə yaxın zəvvarımız hələ də itkindir. Onların taleyi hələ də bəlli deyil və ailələri nigaranlıq içindədir. Təəssüflər olsun ki, onların da hadisədə öldüyü təxmin edilir və belə bir ehtimal da var”.
Xatırladaq ki, sentyabrın 24-də həcc mərasimi zamanı, Mina dağında yaranan izdihamda 4173 zəvvar həlak olub, mindən çox insan xəsarət alıb. Hadisə, zəvvarlar Minada Şeytana daş atarkən baş verib və yaranan sıxlıq nəticəsində minlərlə zəvvar əl-ayaq altında qalıb.
Olayda ən azı 465 iranlı zəvvar həlak olub, 90 nəfəri xəsarət alıb, 200 nəfəri itkin düşüb. Ölən və itkin düşən iranlı zəvvarlar arasında müəyyən siyasi məqsədlərlə saxta pasport və sənədlərlə və başqa adlarla həccə getdiyi müəyyən edilən “Sepah”çılar, təhlükəsizlik işçiləri və bir sıra vəzifəli şəxslər də var.

Bu xəbər oxucular tərəfindən 772 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |