03.10.2015 [10:37] - Gündəm, Hərb
Belarus Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının nümayəndə heyəti Azərbaycanda rəsmi səfərdə olub.
Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının mətbuat xidmətindən verilən məlumata görə, nümayəndə heyəti Belarus Daxili Qoşunlar Komandanının müavini polkovnik İqor Burmistrovun rəhbərliyi ilə Bakıya gəlib.
Səfər çərçivəsində qonaqlar Şəhidlər Xiyabanı və oradakı Daxili Qoşunların Qarabağ müharibəsində şəhid olmuş hərbi qulluqçularının xatirəsinə ucaldılmış "Qardaşlıq məzarı"nı ziyarət ediblər.
Səfər proqramına uyğun olaraq, nümayəndə heyəti Daxili Qoşunların Ali Hərbi Məktəbində tədrisin təşkili və maddi-texniki tədris bazası, kursantlar üçün yaradılmış hərtərəfli şəraitlə maraqlanıblar.
Belarusun Daxili Qoşunlarının zabitləri həmçinin "N" saylı hərbi hissədə müvafiq xidmət sahələri ilə də tanış olublar.
Daxili İşlər Nazirinin müavini, Daxili Qoşunların Komandanı, general-leytenant Şahin Məmmədov Daxili Qoşunların Baş İdarəsində belaruslu qonaqları qəbul edib. Qonaqları səmimi salamlayan general-leytenant Ş.Məmmədov, bu görüşün hər iki ölkənin Daxili Qoşunları arasında əlaqələrin inkişafına təkan verəcəyini bildirib.
Qarşılıqlı fikir mübadiləsi şəraitində keçən görüşdə Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ilə Belarusun Daxili İşlər Nazirliyinin Daxili Qoşunları arasındakı hərbi əməkdaşlıq və dostluq münasibətlərinin mövcudluğundan məmnunluq ifadə olunub.
Polkovnik İqor Burmistrov səmimi və qonaqpərvər qəbul üçün dərin təşəkkürünü bildirərək, ölkəmizə rəsmi səfərinin əməkdaşlığın bundan sonra da uğurlu inkişafına dəstək verəcəyini və hər iki dövlətin müvafiq qurumları arasında münasibətlərin daha da genişləndirilməsində maraqlı olduqlarını diqqətə çatdırıb.
Tərəflər arasında hər iki qurumun əməkdaşlığının mövcud vəziyyəti və perspektivləri də müzakirə olunub.
Qeyd edək ki, səfər çərçivəsində belaruslu nümayəndə heyəti Azərbaycanın zəngin tarixi-mədəni həyatını əks etdirən bir sıra muzeylərdə də olublar.

Bu xəbər oxucular tərəfindən 617 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |