30.01.2012 [18:35] - DAVAMın yazıları
Liberalizm fəlsəfəsinin dərinliklərinə gedib mövzunu uzatmaq mahiyyət etibarı ilə ona görə vacib deyil ki, bütün fəlsəfi görüşlər və cərəyanlar,həmçinin dini-fəlsəfi cərəyanlar da özlərində diqqətçəkici, xoşagəlimli, gəl-gəl deyən “bəzəkli” (məsələn:azadlıq,insan hüquqları,ədalət və s.) fəlsəfi fikirlər daşıyırlar. Lakin bu fəlsəfi sistemlərin daşıdığları ilə, necə deyərlər, çərxi-fələyin nələr daşıdığı çox vaxt fərqli olur, azından tarix kimi nəhəng şahid həmişə bunu təsdiqləyib. Bugün azadlıq, insan hüquqları, haqq-ədalət,humanizim kimi insanların həmişə arzusunda olduqları, yuxularından çıxmayan gözəl dəyərləri özlərində daha çox göstərməyə çalışmaqla insanları özlərinə çəkməyə çalışan bütün fəlsəfi və dini-fəlsəfi cəryanların hamısının məqsədi sanki “insan oğurlamaqdır”.Hər bir fəlsəfi və dini-fəlsəfi fikirlər bir insanın daxilində olan nəcib və gözəl dəyərlərə uyğun öz prinsiplərini qurur. Lakin bu prinsiplər çox vaxt ona görə dəyişikliyə uğrayır ki, insan təbiəti təkcə xeyirxah dəyərlər kimi tanınan dəyərlərdən ibarət deyil.Əgər belə olmasaydı hamısı insanların onun “çətiri” altında daha yaxşı yaşayacağına çağıran bu qədər ideologiyalar olmazdı.
Liberalizm də insanları onda daha yaxşı yaşayacağını vəd edən “çətirlərdən” biridir.Fəlsəfi-Dini cəryanlardan tarixən və indi də dövlətlərin (məsələn:indi-İran-şiəşilik,S.Ərəbistanı-vəhhabilik və s.) və zümrəli şəxslərin( mollaların axundların və s.) necə istifadə etdiyi bizə çox yaxşı bəllidir.Çünki bu dini-fəlsəfi “çətirlər” altında bizdən çox dünyada zərər görmüş ikinci millət yoxdur.İndi isə keçid alaq fəlsəfi sistemlərdən biri olan liberalizm ideologiyasından bu gün kimlər necə istifadə edir sualının cavabına:
Bu gün dünyada millətlərarası maraqlar müstəvisində gedən mübarizələr daha da rəngarəng formalar almaqdadır. Dünyada hələ ki dominant gücü saxlamış Anqlosakson güc mərkəzləri (ABŞ və Böyük Birtaniya başda olmaqla) dünyaya hegemonluğunu daha da dərinləşdirmək üçün qlobalizm, demokratiya,insan haqqları və s. bu kimi adlar altında siyasi maraqlarına yönəlmiş siyasət yürütməkdədirlər. Üçüncü dünya ölkələrində siyasi məqsədlərini həyata keçirmək üçün çeşidli siyasi taktikalardan yararlanmaqdadırlar. Bu siyasətin incəliklərinə varmaqla mövzudan kənarlaşmaq istəmirəm və sadəcə ölkəmizdə Qərbin güc mərkəzlərinin apardıqlarıqları pərdələnmiş siyasətin pərdəaarxasını göstərməyə çalışacam.
Liberal- demokratiya cildində aparılan bu siyasətin taktikalarının sadə məqsədi ölkəmizdə özlərinə sadiq kadrların yetişdirilməsi vasitəsi ilə özlərinə sadiq idarəçilik formalaşdırmaqdır, yəni işğalçılıq siyasətini XXI əsrin tələb və formalarına görə pərdələməkdir..Bunun üçün əvvəlcə milli dəyərlərdən vətəndaşlarımızın uzaqlaşdırılması və liberal demokratik dəyərlərə inandırılmasına nail olmağa çalışırlar və artıq qismən də olsa bacarıblar.
Bu gün artıq Qərb ölkələri səfirliklərinin və kəşviyyat orqanlarına bağlı ictimai fondlarının, təşkilatlarının dəstəyi ilə müəyyən qədər belə gənclik formalaşdırmağı bacarıblar. Dünyaya liberlizm “pəncərəsindən” baxmağa istiqamətləndirilmiş belə gənclərin beyinlərini çox vaxt liberalizm istiqamətli romanlar və ingilis dili ilə məşğul edirlər. Roman oxumaq yaxud dil öyrənmək heçdə pis deyil, lakin çoxları dini cəryanların zombiləşmiş,alovlu müdafiəçiləri kimi biristiqamətli informasiyalarla təmin edildiklərindən təmin edildikləri mərkəzlərin maraqlarına uyğun analizlər çıxardaraq özlərinin cəmiyyətdə savadlı, yenilikçi olduqlarına inanırlar.Lakin fərqində deyillər ki romanlar oxumaq yaxud dil öyrənmək dünyada gedən proseslərin analizi üçün yetərli deyil. Yaxud daha düzgün fikir formalaşdırmaq üçün hadisələrə bir bucaq altında baxmağın yetərsizliyini anlamırlar. (Belə insanlar adətən dindarları lağ obyektinə çevirsələr də özlərinin də onlardan geri qaldıqlarının fərqində deyillər-sadəcə formaca fərqlidirlər).
Liberalizm ideologiyasının carçıları rolunda olanları əsasən iki yerə bölmək olar:
1)informasiya azlığından yanlış analizləri ilə özlərini də aldatdıqlarının fərqində olmayan sadəlövhlər
2) həqiqi olanları yalanlardan seçə biləcək qədər məlumatlı və qabiliyyətli olan,lakin ayrılan qrantlara yaxud karyera qurmaq ümidinə və ucuz şöhrətə görə mənliyindən keçənlər..(bunların dael arasında yaxşı adı var).
Ümumilikdə, əhalinin qarışıq və rusdilli kəsimindən çıxan insanlar daha çoxluq təşkil edirlər..
Rayon və kənd yerindən gəlmiş təsadüfi yaxud “şortik geyinmək” həvəsinə görə liberalizmə qoşulmuş gəncləri də görmək mümkündür.
Bu tip gənclərin “yetişdirilmə” mərkəzlərinin sayı da xarici qrantlar hesabına artmaqdadır.
Xarici səfirliklərin və donorların dəstəyi ilə fəaliyyət göstərən belə mərkəzlərdən ikisini nümunə göstərə bilərəm ki, gənclərin “beyinyuma” məntəqələri funskiyasını yerinə yetirməkdə fərlənirlər.Niderland Jurnalistika Məktəbi(NJM) və Azad Fikir Unversteti (AFU). Bu funksiyaları yerinə yetirən bir neçə liberal təşkilatlar və QHTlər fəaliyyət göstərməkdədirlər.( Xüsusi ilə jurnalist ixtisaslı gənclərdən liberal gəncliyin yetişdirilməsinə diqqət edin!).
Liberalizm pərdəsi altında cəmiyyətdə olan sosial problemlərdən istifadə edərək xalqın narazı təbəqəsindən olan insanları belə mərkəzlərə cəlb edirlər və onlara öz fikirlərini təlqin edirlər.Liberalizmi cəmiyyətimizə sırıyan belə mərkəzlərdə “ermənilər bizim düşmənləriniz deyildirlər!”,”Mill- mentalitet ve dəyərlərimiz boş və mənasızdır!”,”millətçilik təhlükəli və ziyanlıdır!”,”nicat yolumuz Qərbə inteqrasiyadır-bunun üçün öz dəyərlərnizdən imtina etməli, ermənilərlə dost mövqeyində olmalı,seksual inqilab etməli, ailə mentalitetlərimizi dəyişməlisiniz!” kimi fikrirləri vətəndaşlarımızın şüuraltına yeridirlər. Həmçinin tariximizə biganəlik aşılamaq yaxud tariximizi Qərb ideoloji maşınına uyğun mənalandırmaq istiqamətli işlər aparılır.
Təssüflər olsun ki, “sapı özümüzdən hazırlanılan(bəzilərinin sapı heç bizdən də deyil, sadəcə bizə özlərini biz kimi tanıdırlar,məsələn:Ölkədə anası erməni olanlar az deyil-rəsmi 30 min) baltalar rolunu oynayan belələri anlamırlar ki, milli kimliyindən imtina etmək özünü yaxud gələcəyini quyuya atmaqdır. Bu arada böyük türk yazıçısı Çingiz Aytomatovun “Manqurt” əsəri xatırlamamaq olmur,məzmun: yaddaşı monqol işğalçıları tərfindən əlindən alınmış bir türk əsgərini çoban kimi işlədirlər və belələrinə manqurt deyirdilər. Sadəcə canlı meyit olan bu əsgərin anası uzun axtarışdan sonra oğlunu tapır və nə qədər fəryad etsə də oğul ananı tanıya bilmir,sonda oğuluna görə nə qədər əzab çəkmiş anasını oğul tanımadığına görə bir göz qırpımında öldürür..
Fərd olaraq yaddaşını itirmiş bir insanın faciəsi nə qədər dərindirsə millət olaraq yaddaşını itirmiş bir toplumun faciəsi daha böyükdür və qaçılmazdır.Milli düşüncənin inkarı ilə milli həmrəyliyə necə nail olmaq olar?, yaxud bununla keçmişinə laqeyd yanaşan, milli kimliyini inkar edən gəncliyin yetişdirliməsi ilə hərtərəfi düşmənlə əhatələnmiş bir millətin sabahının açılmasına necə ümid etmək olar? Yaxud ermənilərlə qardaşlaşmaqla alınmış evlər , əzilmiş milli qürur alınacaqmı? evlərimizi əlimizdən almış və təhqir etmiş düşmənlərimizlə evimizin içindəki “dostluqun” adı nədir? İtirdiklərimizi qaytarmağa cəhddə müharibənin qaçılmazlığı labüd olunca düşmənlərə hansi münasibət bəslənilməlidir? Yəni bu kimi sadə sualları özlərinə verəcək qədər düşüncəyə sahib deyillərmi “liberalizm görüşlü” insanlar?
Çox maraqlıdır ki, belə gənclərin beyinyuma vasitələri də, sadə bir psixoloji taktika ilə aparılır.Məsələn: Dəfələrlə şahidi olduğum liberal mərkəz rolunu oynayan Azad Fikir Unverstetində(AFU da) mühazirə deyən liberal “ziyalılar” yumor və fəlsəfi fikirlərlə ardıcıl, harmoniyalı bir mühazirələr təşkil edirlər.Aydındır ki, fəlsəfi cümlələr daima insanlarda maraq doğurur, yumoristik və fəlsəfi fikirləri arasında profesional keçidlər etməkdə ustalıq qazanmış belə “mühazirəçilər” sonda milli- natamamlıq kompleksini dərinləşdirməklə məkirli manipulyasiya edirlər: “Biz kimik ki”, yaxud “nə olmuşuq ki” kimi düşüncə aşılamaqdadırlar..Mentalitetmizin özünəməxsusluğunu bildirən müxtəlif sferalarında(məsələn:musiqidə muğam, mətbəximizdə dolma və s. ) milliliyimizin simvolları kimi tanınan elementləri lağ obyektinə gülüş hədəfinə çevirməkdədirər. Bildiyimiz kimi gülüş ən güclü psixoloji “silahlardandır”. Gülüş obyektinə çevrilən istənilən obyekt insanda qeyri-ciddi baxış yaradır. Təsadüfi deyil ki, ideoloji müstəvidə mübarizələrdə gülüşdən daima istifadə edilib..əks ideoloji fikirləri gülüş obyektinə çevirməklə onun təsir gücünü insanlar arasında çox zəiflədirlər.Milli dəyərlərdən söhbət düşərkən liberal düşərgədə olan, manqurt gənclərimizin gülüş və iranoyasının şahidi olmaq qaçılmazdır. Bu da düşmən texnikasının uğurundan başqa bir şey deyil.
“Tarix təkrardadır” deyirlər. Bu fikirə bu günki liberallarla XX əsrin əvvəllərindəki kommunistləri müqayisə etdikdə haqq qazandırmamaq olmur.XX əsrinə əvvəllərində də milli ziyalılarımıza,milli dəyərlərimizə və milli hökümətimizə qarşı çıxan kommunistlər uğrunda mübarizə apardıqları kommunizmin ölkəmizə firavanlıq , dünyaya ədalət gətirəcəyi kimi sərsəm fikirlər sahibi idilər, dünyanın kürəsəlləşdiyini, bərabərliyin və haqq -ədalətin daşıdıqları ideologiyaları ilə təmin edəcəklərini düşünürdülər. Milli dəyərləri və milli ziyalıları hər fürsətdə “topa tutan” belələri daha dərin qatlarda dünyada gedən proseslərdən xəbərsiz idilər,tarixi keçmişi lazımınca bilmirdilər yaxud düzgün nəticə çıxarmırdılar və nəticədə millətimizin əli qanlı qatillərinə çevrildilər, övladlarının və gələcək nəsillərinin həyatlarını düşmənlərinə özləri də bilmədən təslim etdilər.(azından N.Nərimanov və M.C.Bağırovun fayda verməsə də sonrakı peşimançılığını yadınıza salın)
XXəsrin əvvəllərində də xaricidən dəstəklənən özümüzdən yetişdirilmiş manqurtlar milli dəyərlərimizə düşmən münasibətdə idilər, milli simvol kimi tarı oxumamağa çağırırdılar( Süleyman Rüstəm “oxuma tar”)” Oxuma tar səni sevmir proletar” deyən “yaltaqlıq bitkisinin” toxumlarını səpmiş belə “ziyalılardan” bu gün də az deyil.XX əsrin əvvəllərində belə manqurtlar qoyun psixologiyasına uyğun çoban axtarırdılarsa və bolşeviklərə onları otarmaq üçün yaltaqlanırdılarsa XXI əsrin əvvəllərində də belələri Qərb “otlaqlarına” çatmaq üçün Qərb insanlarına yarınırlar..
Gördüyünüz kimi, Qərb güc mərkəzlərinin üçüncü dünya ölkərərini əsarətdə saxlamaq üçün həmin ölkələrin içərisindən yetişdirməyə çalışdıqları çoban itlərini yemək( qrantlar və s.) və bəzi təlimlərlə( liberalizm, demokratiya və s) özlərinə sadiq vəfalı sürü itləri hazırlayırlar. Yəni Bolşevizmilə Liberalizim sadəcə formada fərqlidirlər, mahiyyətdə isə hər ikisi eynidir: Hər ikisinin xaricidən maliyyələşməsi və xarici qüvvələrin ekspansionist siyasətlərinin pərdələnməsinə xidmət etməsi,hər ikisinin milli düşüncəyə düşmən münasibət bəsləməsi,bolşeviklərin 1905-1918 cı illər xalqımıza qarşı erməni cinayətlərini gizlətməyə çalışması və bugün də Qarabağda erməni cinayətlərini görməzdən gələn liberalllar, hər ikisinin “insanlıq”,”azadlıq”, “qlobalizm” və s. kimi sözlərlə manipulyasiya etməsi və s. bu kimi eyniliklər fikrimizim məntiqi sübutunu tamamlayır.
Qərbin bizə üstündə demokratiya, azadlıq,insan haqqları və s. kimi yazılarla bəzədilmiş “hədiyyəsi” olan və liberalizm kölgəsində gizlətdiyi “Troya atı”ını qəbul etməklə millətimizi hansı facilələrə hamilə edildiyinin fərqində deyilik!..Tarix demişkən belə “hədiyyələr” bədbəxtlik gətirən bəxşişlərdən” başqa birşey deyil. Bu günki dünya geopoloitikasını bir qədər dərindən izlədikdə bunu görmək elə də çətin deyil...
Əşrəf Elatlı ikinci yazı

Bu xəbər oxucular tərəfindən 2014 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |