Şrift:
ETTELAAT azərbaycanlı fəal Turan xanıma təzyiq göstərir
03.10.2015 [10:48] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) idarəsinin azərbaycanlı milli-mədəni fəallara qarşı təzyiqləri səngimək bilmir.
Son məlumata görə, ETTELAAT İdarəsinin Tehran şöbəsi məmurları “Turan xanım” kimi tanınan Xədicə Hejəbrin oğlu ilə əlaqə saxlayıb və anasının telefon nömrəsini istəyib. O isə məmurların istəyinə reaksiya verib və “nə üçün anasının nömrəsini tələb etdiklərini” soruşub. Bundan sonra məmurlar ona bildirib ki, sənin anan bəzi məsələlərə görə sabah Tehranda Vəliəsr xiyabanında ... Soruşdurma Mərkəzinə müraciət etməlidir.
Turan xanım ETTELAAT məmurlarının qanunsuz tələbinə məhəl qoymayıb və təyin olunmuş yerə müraciət etməyib. Azərbaycanlı milli-mədəni fəalın təyin edilmiş yerə gəlmədiyini görən məmurlar Turan xanımın qızı ilə əlaqə saxlayıblar. Onlar fəalın qızını hədələyərək anasının idarəyə gəlməsinin vacib olduğunu bir daha xatırladıblar. Məmurlar bildirib ki, “biz sizin iş yerinizi də tanıyırıq, əgər ananız idarəyə gəlməsə bu onun üçün baha başa gələcək”. Bu arada qızının yanında olan Turan xanım telefona cavab verib və məmurlara qanunsuz iş gördüklərini xatırladıb. O vurğulayıb ki, siz məni ancaq məhkəmə hökmü əsasında idarəyə çağıra bilərsiniz, təhdid ilə deyil!
Hazırda psixoloji (rəvani) təzyiqlə üzləşən Turan xanımın ailəsi onun məhkəmə hökmü olmadan saxlanılacağından nigarandır.
Bu xəbər oxucular tərəfindən 767 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed