Şrift:
Təhsil tariximizin maraqlı səhifələrinin maqaqlı tarixi şəkillərindən biri
06.10.2015 [01:12] - Gündəm, Mədəniyyət
Sentyabrın 28-də "Davam.az"da yayımlanan təhsil tariximizin maraqlı səhifələrinə həsr olunmuş yazıda Bakıdakı 178 nömrəli orta məktəbdə 1980-ci illərin sonunda yaradılmış təbiət elmləri fakültəsindən (FEN- факультет естественных наук) söz açmışdıq. Orta məktəbdəki bu fakültənin fəxri dekanı Azərbaycan Elmlər Akademiyasının müxbir üzvü,kimya elmləri doktoru Ramiz Həsən oölu Rizayev, icraçı rəhbəri isə kimya elmləri namizədi Elxan Niyazi oğlu Əmirbəyov idi.
Təhsil tariximizin maraqlı səhifələrinin maqaqlı tarixi şəkillərindən biri

Bu şəkil 1993-cü il mayın 25-də son zəng günü çəkilmişdir. Ön cərgədəkilər-soldan birinci mənəm- Azərbaycan dili müəllimi Nazim Nəsrəddinov.Məndən sonrakı müəllimin adını unutmuşam.
Sonrakılar-Sərhəd Bağırov (fizika müəllimi), rus dili müəllimi Maisə Hacıyeva ,E,Əmirbəyov (kimya elmləri namizədi olsa da, fizikadan dərs deyirdi-N.N.),
V.A.Titova (alman dili müəllimi),onun yanında əyləşənin də adını unutmuşam,sonrakı rus dili müəllimi, onun yanındakı riyaziyyat müəllimi V.F.Kojarin ( hərbi xidmətini kosmodromda keçirdiyinə görə onu öz aramızda kosmonavt adlandırırdıq-N.N.)...
İkinci cərgədəkilərdən soldan birinci Abasova, onun yanındakı indi ADA-da psixoloq vəzifəsində işləyən Zöhrə Asif qızı Cahangirovadır.
Şagirdlərimizin çoxu indi tanınmış ziyalılardır.

Nazim Nəsrəddinov,
Azərbaycan Respublikasının əməkdar müəllimi.

05.10.2015.
Bu xəbər oxucular tərəfindən 1118 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed