06.10.2015 [11:22] - Xəbərlər, Mədəniyyət
Əmlak Məsələləri Dövlət Komitəsi daşınmaz əmlak/torpaq idarəçiliyi ilə bağlı növbəti beynəlxalq tədbirə ev sahibliyi edəcək. Bu barədə Komitənin mətbuat xidmətindən məlumat verilib.
Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən BMT Avropa İqtisadi Komissiyası və BMT Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı ilə birgə əməkdaşlıq çərçivəsində 29–30 oktyabr 2015-ci il tarixlərində Bakı şəhərində “BMT AİK regionu üzrə daşınmaz əmlak/torpaq idarəçiliyində sahəvi reyestrlərin rolu” mövzusunda beynəlxalq tədbir keçiriləcək.
Komitənin fəaliyyətində BMT-nin Avropa İqtisadi Komissiyası (AİK) və digər əlaqədar təşkilatları, Dünya Bankı, inkişaf etmiş ölkələrin müvafiq qurumları ilə əməkdaşlıq əlaqələri önəmli yer tutur. Daşınmaz əmlakın və torpaq sahələrinin dövlət qeydiyyatı və kadastrı, dövlət əmlakının idarə edilməsi və özəlləşdirilməsi sahəsində qabaqcıl beynəlxalq təcrübə öyrənilir və ölkəmizdə tətbiqi istiqamətində ardıcıl işlər həyata keçirilir.
Bu baxımdan, Əmlak Məsələləri Dövlət Komitəsinin ev sahibliyi etdiyi bu beynəlxalq tədbir nəinki ölkəmiz üçün, habelə beynəlxalq müstəvidə mühüm əhəmiyyət kəsb edir. Tədbirin məqsədi BMT AİK-ə üzv olan 56 dövlətdə daşınmaz əmlak/torpaq idarəçiliyi çərçivəsində sahəvi reyestr və kadastrların (daşınmaz əmlak, torpaq, meşə, su, ünvan və s.) aparılması prinsipləri, bu sahədəki qanunvericilik bazası, reyestrlərdəki məlumatların elektron uçotu üzrə informasiya sistemlərinin qurulması qaydaları, elektron xidmətlər və sahəvi reyestrlərin qarşılıqlı təması ilə bağlı ölkə təcrübələrinin mübadiləsidir.
Eyni zamanda, Azərbaycan reallığı üçün aktual hesab edilən bir sıra digər istiqamətlərdə təcrübələrin təqdim olunması, mövcud çətinliklər və onların həlli yolları, habelə bu sahədə birgə fəaliyyət imkanları haqqında geniş müzakirələrin aparılmasından ibarətdir.
Tədbirdə BMT AİK-ə üzv dövlətlərin, eləcə də müxtəlif regional və beynəlxalq təşkilatların, yerli icra hakimiyyəti orqanlarının, işgüzar dairələrin, habelə xarici ölkələrin Azərbaycan Respublikasında fəaliyyət göstərən səfirliklərinin nümayəndələrinin iştirakı nəzərdə tutulub.

Bu xəbər oxucular tərəfindən 675 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |