06.10.2015 [10:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Xəbər verdiyimiz kimi, son günlərdə “Turan xanım” kimi tanınan azərbaycanlı milli-mədəni fəal xanım Xədicə Hojur ETTELAAT (İran Kəşfiyyat Nazirliyi) İdarəsinin təzyiqi ilə üzləşib.
Turan xanım ETTELAAT-ın Tehran şöbəsində 4 saat müddətinə psixoloji təzyiqlər altında sorğu-suala tutulub. Məlumata görə, azərbaycanlı fəal Tehranın Vəliəsr dördyolunda ETTELAAT İdarəsinin “Peygiri” bölümündə dindirilib.
Sorğu-suala tutulan Turan xanımın təhdid edildiyi və qondarma ittihamlarla üzləşdiyi bildirilir.
Bir neçə gün öncə ETTELAAT məmurları Turan xanımın övladları ilə əlaqə saxlayıb və onun yuxarıda qeyd etdiyimiz adresə müraciət etməsini tələb ediblər. Bu çağırışdan sonra Turan xanım həyat yoldaşı ilə birlikdə təyin edilmiş şöbəyə müraciət edib və ağır psixoloji vəziyyətdə 4 saat müddətinə sorğu-suala tutulub.
Ona qarşı bir neçə qondarma ittiham irəli sürülüb.

Bu xəbər oxucular tərəfindən 717 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |