06.10.2015 [11:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübariz, Zahidan həbsxanasında saxlanan siyasi məhbus İrəc Məhəmmədi oktyabrın 3-də zindanın təhlükəsizlik qüvvələrinin hücumuna məruz qalaraq ağır yaralanıb.
Təhlükəsizlik qüvvələri naməlum səbəblər üzündən İrəc Məhəmmədi və təqaüdə çıxmış Məhəmməd Əmin Aquşi adlı digər bir siyasi məhbusa hücum çəkərək onları vəhşicəsinə döyüb, təhqir ediblər. Azərbaycanlı fəal aldığı zərbələrdən ağır bədən xəsarəti alıb. İrandakı hüquq müdafiəçilərinin yaydığı məlumata görə fəalın səhhəti hazırda ağır olsa da onun həkim yanına getməsinə və ona dava-dərman çatdırılmasına imkan verilmir.
Xatırladaq ki, tutulmasından əvvəl Urmiyada müəllim işləyən və şəxsi kitab mağazasında çaslışan 32 yaşlı İrəc Məhəmmədi 2007-ci ilin oktyabr ayında Piranşəhr (Xana) şəhərində tutulub. Fəal separatçı qrupların xeyrinə fəaliyyət göstərməkdə, Azərbaycan Respublikası mətbuatı ilə əməkdaşlıq etməkdə və millətçilik mövzusunda onlara məqalə göndərməkdə, eləcədə xarici qurumlarla əlaqə saxlamaqda və onlara ölkədəki durum barədə məlumat ötürməkdə günahlandırılıb. İrəc Məhəmmədi ona qarşı irəli sürülən bütün ittihamları əsassız sayaraq rədd edib.
Fəal əvvəlcə edama məhkum edilsə də, sonradan ona 10 il həbs cəzası kəsilib və məhkəmənin qərarı ilə o həbsini çəkmək üçün ölkənin ən ucqar yerinə, yəni İranın Sistan-Bəlucistan əyalətinin mərkəzi sayılan Zahidan şəhərinin zindanına sürgün edilib. Saxlandığı həbs müddətində müxtəlif bəhanələrlə vaxtaşırı təzyiq və işgəncələrə məruz qoyulan azərbaycanlı fəal, yolun uzaqlığı ucbatından yoxsul valideynləri və ailə üzvlərinin görüşündən də məhrum qalıb.

Bu xəbər oxucular tərəfindən 1469 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |