Şrift:
Azərbaycan və Rusiya arasında dəmir yolları sektorunun inkişaf etdirilməsi ilə bağlı müzakirələr aparılıb
06.10.2015 [11:55] - Gündəm, İqtisadiyyat
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov Moskvada işgüzar səfərdədir.

Qurumdan verilən məlumata görə, səfər zamanı “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov və “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin prezidenti Oleq Belozerov arasında ikitərəfli görüş keçirilib.

Görüşdə “Rusiya Dəmir Yolları” Açıq Səhmdar Cəmiyyətinin prezidenti O.Belozerov Rusiya və Azərbaycan dəmir yolları arasında mövcud olan əlaqələrdən danışıb.

“Azərbaycan Dəmir Yolları” QSC-nin sədri C.Qurbanov Azərbaycan Dəmir Yolunda reallaşdırılan layihələr, qarşıda duran perspektiv vəzifələr haqqında və “ADY” QSC-nin Rusiya şirkətləri ilə iqtisadi əlaqələri barədə ətraflı məlumat verib.

Daha sonra dəmir yolu sahəsinin inkişaf etdirilməsi, Rusiya və Azərbaycan ərazisindən daşınan sərnişin və tranzit yüklərin həcminin artırılması, nəqliyyat dəhlizlərinin inkişaf etdirilməsi sahəsində əməkdaşlığın bundan sonra da inkişaf etdirilməsi məsələləri müzakirə olunub.

Danışıqlar zamanı ikitərəfli əməkdaşlığın bundan sonra daha da genişləndirilməsi və müzakirələrin davam etdirilməsi qərara alınıb.
Bu xəbər oxucular tərəfindən 960 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed