30.01.2012 [19:04] - Diaspor
Onur Güngör: “Anadolu türkləri və azərbaycanlı gənclər olmasa, fəaliyyətlərimizi həyata keçirə bilmərik”
Fransa senatında qondarma erməni soyqırımını inkar edənlərin cəzalandırılması qanununun qəbulu türkdilli diasporların bir araya gəlməsinin vacibliyini bir daha göstərdi. Artıq dünyada aparılan yanlış beynəlxalq siyasətə cavab olaraq türk xalqları fərdi deyil, ümumi türk dünyasının mövqeyindən çıxış edərək öz problemlərini gündəmə gətirməlidirlər. Elə Hollandiyada yeni yaradılan Turan Gənclər Təşkilatı da məhz bu amal uğrunda yola çıxıb. Təşkilatın sədri Onur Güngör bu yolda qarşılarına çıxacaq hər bir maneəni aşmaq üçün əllərindən gələni edəcəklərini bildirdi. Xatırladaq ki, O.Güngör 1981-ci ildə Hollandiyada doğulub. İlk təhsilini Türkiyədə bitirib. Sonradan təhsilini Hollandiyada davam etdirib. 2 övladı var və aktiv siyasi fəaliyyətə 2003-cü ildən başlayıb. Müxtəlif qeyri-hökumət təşkilatlarında türklük məsələləri və yardımlaşmalarla bağlı fəaliyyət göstərib.
-Turan böyük bir idealdır. “Turan” adını daşıyan bir çox təşkilat vardır. Bizlər yola çıxarkən sözdə deyil, əməldə Turan şüarı ilə işə başladıq. Noqay Tatarları Dərnəyi, Qərbi Trakya Türk Dərnəyi, Azərbaycan Dərnəyində çeşidli fəaliyyətlər göstərmək hər zaman məni məmnun edib. Türk birliklərinin həmrəyliklərindəki məmnuniyyətləri və azərbaycanlının kərküklüyə olan həsrəti, uyğur türkünün Anadolu türkünə olan həsrəti bu vəzifəyə başlamağımızı qaçılmaz edib. Bu gün türk dünyasının birliyi istiqamətində güclü inteqrasiya gedir. Hazırda xaricdə milyonlarla türk yaşayır və onların əsas passionar gücü olan gənclərin təşkilatlanmasına böyük ehtiyac var. Turan təşkilatı bu məqsədlə quruldu. Əsas da türk dünyasının bir çox həll olunmamış problemləri var. Onlardan ən birincisi də, Ermənistanın işğal etdiyi Qarabağ problemidir.
- Təşkilatın hazırkı fəaliyyəti və hədəfləri haqda nə deyə bilərsiniz?
Çalışmalarımızda qısamüddətli və uzunmüddətli planlarımız mövcuddur. Qısamüddətli planlarımızdan biri də Hollandiyada türklərə stereotiplərlə yaxınlaşılan səbəblərin aradan qaldırılması və türklərin çox daha yaxşı anlaşılmasını təmin etməkdir. Önəm verdiyimiz odur ki, Hollandiyada olan türkdilli təşkilatlarla ortaq əlaqələr quraraq mitinq, aksiya və digər ictimai fəaliyyətlərdə bir olaraq çalışılmasıdır. Türkün unudulmuş, ya da unutdurulmuş olan bayramı Novruzun Hollandiyada, atalarımızın yüz illərcə qeyd etdiyi kimi keçirilməsi qısamüddətli planlarımızdan biridir.
Uzunmüddətli planlarımıza isə, Turan ellərində yaşayan xalqlarımızın səsinə səs vermək və Haaqa kimi İnsan Haqları Məhkəməsinin olduğu yerdə lazımlı rəsmi müraciətlərdə bütün dünya türklərinə yardımçı ola bilməkdir. Hollandiyada olan gənc türk cəmiyyətinin Hollandiyada haqq etdiyi yerə gəlmələrində ən fundamental ehtiyac təhsildir. Yaşadığımız ölkədə gənclərimizin ən ali səviyyədə ölkəmizi təmsil etmələri hər türkü sevindirəcək. Təşkilatlanmamızın gənclik üzərində olması, bu baxımdan çox önəmlidir. Gələcəyin həkimləri, mühəndisləri, müəllimləri olacaq və Turan iddiasını daşıyan biz və bizdən öncəki nəsillərdən çox daha faydalı olacağını düşünürük. Gənclərimizin milli iddia üçün oxumaları və milli iddia üçün yaşamalarını təmin etmək başlıca vəzifələrimizdəndir. Qısacası, məqsədimiz cəmiyyətimizə faydalı milliyyətçi türk gəncliyi yetişdirmək və bu gənclərdən Hollandiyada demokratik sosial bazalı bir türk lobbisi kimi faydalanmaqdır. Missiyamız türk birliyi qurulana qədər dayanmadan çalışmaqdır.
- Hollandiyada türkdilli ölkələrin diasporlarının həmrəyliyi hansı formadadır və qardaş ölkələrin münasibətlərinin daha da yaxınlaşması yolunda hansı işlər görürsünüz?
- Hollandiyada türkdilli icma və dərnəklər dini və mədəni fəaliyyətlərdə bir araya gəlirlər. Fəqət bu sadəcə öz mədəniyyətlərini tanıtmaq üçün edilir. İstədiyimiz türkdilli dərnək və təşkilatların Turan idealizmi üçün fəaliyyət qurmaları və bununla Turana xidmət etmələridir. Bu səbəbdən hər il Novruz şənlikləri keçiriləcək. Son 2 ildir, Şərqi Türkistandan Cənubi Azərbaycana qədər olan xalqlar Novruzu qeyd edir və türkün bayramı olan Novruza maraq hər il artır. Bu baxımdan Turan Gənclik Təşkilatı Azərbaycan-Türk Mədəniyyət Mərkəzi ilə birgə bu şənlikləri təşkil edəcək.
- Niderland hökuməti bu gün Dağlıq Qarabağ və qondarma erməni soyqırımı məsələsində hansı mövqedən çıxış edir?
- Niderland hökuməti və millətinin Dağlıq Qarabağ məsələsində çox da aktiv bir rol oynadığını söyləyə bilmərik. Dağlıq Qarabağ məsələsi bir Turan məsələsidir və bu səbəbdən də Turan Gənclik Təşkilatı olaraq bu mövzuya böyük önəm göstəririk. Türk dünyasının ən yaralı problemi olan Qarabağ məsələsi bizim təşkilatın əsas fəaliyyət istiqamətindəndir. Qarabağ problemi sülh yolu ilə həllini tapmasa, Ermənistan qarşısında türk dünyasını görəcək və bu, Ermənistan üçün pis nəticələnə bilər. Bölgədə türk əhalisi artır və Ermənistan bunu nəzərə almaya bilməz. Üstəlik, bölgədə və dünyada baş verən geosiyasi proseslər Ermənistanın əleyhinə işləyir. Bölgədə sülhün yaranması üçün qardaş Azərbaycanımızın ərazi bütövlüyü bərpa olunmalıdır.
- Fransa senatında qondarma erməni soyqırmı ilə bağlı qəbul olunan qanuna qarşı Hollandiyada hansı addımlar atdınız?
- Çox təəssüf ki, türk icması bir problem başına gəlməsə, tədbir görmür. Bu səbəbdən türk icmasına bu mövzuda necə tədbir görmələri üçün maarifləndirmə ilə məşğuluq. Ehtimal edilən problemlərə qarşı qabaqlayıcı tədbirlər görməyə öyrəşmiş bir toplum deyilik. Birlik çağırışını bütün təşkilatlara çatdırmaqdayıq. Sabah çox gec ola bilər.
- Azərbaycan diasporu bu qərara qarşı sizinlə hansı həmrəylik göstərdi?
- Bu mövzu haqqında hələ ki, Azərbaycan diasporu ilə müzakirə aparmamışıq. Lakin bütün türkdilli təşkilatlarla bərabər çalışmağa hazırıq.
- Diaspor fəaliyyətində yaşlı nəsil diaspor nümayəndələrinin təcrübələrindən nə kimi yararlanırsınız?
- Yaşlı nəsil deyə bilmərəm, amma örnək aldığım şəxsiyyət Azərbaycan-Türk Mədəniyyət Mərkəzinin sədri cənab İlhan Aşkındır. Təbii ki, İlhan Aşkın kimi bir çox böyük şəxsiyyətlər lobbiçilik işi aparırlar. Biz İlhan bəylə daha sıx əməkdaşlıq edirik. Bu vaxta kimi onunla bir sıra birgə işlər görmüşük. Məsələn, ötən il Meksika Senatı tərəfindən Xocalı soyqırımını tanıdığına görə, onun təşkilatı ilə birgə Meksikanın Hollandiyadakı səfirliyinə təşəkkür məktubu göndərdik. Meksika Senatının qərarı ədalətlidir və bunun başqa dövlətlər tərəfindən davamlı olmasını istəyirik. Düşünürük ki, eyni zamanda Meksika Senatının qərarı Fransa kimi dövlətlərə dərs və nümunə olmalıdır.
Yuxarıda qeyd etdiyim kimi, qarşıda İlhan Aşkın başda olmaqla, təşkilatla bir çox layihələr həyata keçirəcəyik.
- Birinci nəsil diasporumuzun etmədiyi və ya edə bilmədiyi hansı işlər var ki, bu gün onlar Sizin prioritelərinizdir?
- Qəbul edərsiniz ki, bu günün siyasəti və təbliğatı dünəndən fərqlidir. Dünən meydanlarda aparılan siyasəti bu günümüzdə yetərli deyil. Məsələləri Avropaya anlatmaq ancaq diplomatik cəhdlərlə ola bilər. Təbliğat üçün internet çox önəmli bir vasitədir. Bu baxımdan Avropanı məlumatlandırmaq üçün çox çalışılmağa ehtiyac var. Türklərin yaşadıqları soyqırımlar, haqsızlıqlar və ədalətsizlikləri avropalıya Avropa dillərində anlatmamız vacibdir. Bu yöndə hazırlanacaq sənədlər, kitablar və fəaliyyətlərin təsirli olacağını düşünürük.
- Azərbaycanlı və türkiyəli gənclər diaspor quruculuğu işində fəaldırlarmı?
- Anadolu türkləri və azərbaycanlı gənclər olmasa, fəaliyyətlərimizi həyata keçirə bilmərik. Turan davasına olan sevgiləri çalışmalarına güc verir. Bizlər sadəcə Turana gedən bir gəminin kapitanıyıq, gənclər də gövdəsidir. Gəmisiz kapitan, kapitansız da gəmi olmaz.
- Hollandiyanın hansısa gənclər təşkilatları ilə əməkdaşlıq edirsinizmi? Onlarla birgə layihələriniz olubmu?
- Turan davasına xidmət etmək istəyən hər bir gənclik təşkilatı ilə birgə çalışmalarımız mövcuddur.
- Qarşıda hansı tədbirləri keçirməyi nəzərdə tutubsunuz?
- Güney Azərbaycandan Şərqi Türkistana qədər olan Turan ellərinin bütün anım günləri haqqında fəaliyyətlərimiz olacaq. Sürgünlər, qətliamlar, önəmli şəxsiyyətlər, milli və dini bayramların hər birinin qeyd edilməsi illik fəaliyyətlərimizə daxildir. Bununla yanaşı, futbol və türk döyüş idmanı TURAN-DO ilə bağlı fəaliyyətlərimiz var. Fərdi və ümumi mədəniyyət səviyyəsini inkişaf etdirmək üçün proqramlar da təşkil edirik. Turançıya yuxu yoxdur.
Fuad HÜSEYNZADƏ

Bu xəbər oxucular tərəfindən 1956 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |