30.01.2012 [20:03] - Siyasət
ABŞ İrana qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır. Bu Sanksiya layihəsini ABŞ Senatının Bank İşləri Komitəsi hazırlayıb.
ABŞ Senatının Bank İşləri Komitəsinin demokrat sədri Senator Tim Conson və bu komitənin respublikaçı üzvü Riçard Şelbi bildiriblər ki, İrana qarşı sanksiyaların artırılması layihəsi ilə bağlı səsvermə fevralın 2-də həyata keçiriləcək. Bu layihə həm demokratlar, həm də respublikaçılar tərəfindən dəstəklənir.
Hər iki amerikalı senator İranın mübahisəli nüvə proqramının həlli üçün siyasi, iqtisadi və diplomatik təzyiqlərin artırılmasına təkid edir. Sanksiyaların detalları barədə ətraflı məlumat verilməsə də, embarqoların əsasən İranın Milli Neft Şirkəti və neft daşıyan gəmiçilik şirkətlərinə şamil olunacağı bildirilir. Eyni zamanda ABŞ hökumətinin İran İnqilab Keşikçiləri Korpusuna (“Sepah”) bağlı şirkətlərlə əməkdaşlıq edən xarici şirkətlərə də sanksiya qoyacağı vurğulanıb.

Bu xəbər oxucular tərəfindən 1128 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |