08.10.2015 [13:37] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı milli-mədəni fəal və jurnalist ETTELAAT-ın (İran Kəşfiyyat Nazirliyi) Ərdəbil şöbəsi tərəfindən ağır ruhi işgəncələr altında sorğu-suala tutulub.
GAMAC saytının yaydığı məlumatda bildirilir ki, Rəhim Qulami oktyabrın 5-də (mehrin 13-də) ETTELAAT şöbəsində sorğu-suala tutularkən qeyri-insani rəftarlarla üzləşib.
Dindirmə zamanı azərbaycanlı fəala bu suallar irəli sürülüb:
- Nə üçün ölkə xaini Səid Mətinpurun (tanınmış azərbaycanlı milli-mədəni fəallardan biridir, o keçən həftələrdə 7 il həbsdən sonra azadlığa buraxılıb) görüşünə gedib və özünüzlə birlikdə bir neçə nəfəri də görüşə getməyə təşviq edibsiniz?
- Ərdəbildə divarlar üzərində yazılan şüarlar və stadionda qaldırılan plakatlar sizin fəaliyyətinizə aiddir, biz telefonunuzu kontrol edərək bu məlumatı əldə etmişik.
- Siz bilməlisiniz ki, biz sizin kimiləri öldürməyə hər zaman qadirik və əgər fəaliyyətiniz davam edərsə, həyat yoldaşınızı işindən çıxarıb və sizi aradan aparacayıq.
- Sizin Ayət Xeyrcunun toy mərasiminə qatılmağınız və Abbas Lisaninin doğum gününü qeyd etməyiniz qəbuledilməzdir.
- Özünüzün bu qədər problemi olduğu halda, nə üçün türk dilində yazılmış kitabların yayılması və siyasi məhbusların ailəsi üçün maddi yardım toplayırsınız?
Bildirək ki, R.Qulami Azərbaycanın milli-mədəni hüquqlarının tələbi uğrunda apardığı dinc fəaliyyətə görə dəfələrlə saxlanılıb və təknəfərlik məhbəslərə salınıb. O jurnalistika və ekoloji sahələrində də geniş fəaliyyət göstərib.

Bu xəbər oxucular tərəfindən 884 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |