09.10.2015 [09:53] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İran Məhkəmə Sisteminin rəisi axund Sadıq Laricani oktyabrın 8-də Qum dini dairəsində keçirilən bir tədbirdə çıxış edərək ölkədə gənclər arasında Qərb mədəniyyətinin geniş yayılmasından gileylənib.
Axund Sadıq Laricani deyib ki, Qərb təfəkkür və mədəniyyətinin gənclərə təsirini azaltmaq üçün ciddi tədbir görmək lazımdır: “Təəssüflər olsun ki, bu gün humanitar elmlər universitetlərimizə hücumunu gücləndirib. Uşaqlarımız da həmin universitetlərdə təhsil alırlar. Bu gün universitetlərimizdə tədris olunan humanitar elmləri, o cümlədən də psixologiya və sosiologiya elmləri Qərb alimlərinin təfəkkür və nəzəriyyəsi əsasında formalaşıb. Bu isə gənclərimizi çox təsir altına alıb.
Yazıqlar olsun ki, hazırda ali təhsil ocaqlarımızın qapıları Qərb təfəkkürünün üzünə açıqdır. Elə buna görə də hesab edirəm ki, biz ruhanilər bu məsələyə həssaslıqla yanaşmalı, gənclərimizə təsir göstərən Qərb mədəniyyətinin yayılmasının qarşısını almaq üçün yollar axtarmalıyıq”.

Bu xəbər oxucular tərəfindən 710 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |