Şrift:
İsmail Bərzgəri Evin zindanından azadlığa buraxılıb
09.10.2015 [09:55] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Azərbaycanlı musiqiçi və diş həkimi İsmail Bərzgəri Evin zindanının 7-ci bölümündən azadlığa buraxılıb.
O həbs cəzasını çəkdikdən sonra 3-cü gün sərbəst buraxılıb.

Evin zindanının məhbusu Apelyasiya Məhkəməsində (təcdide nəzər məhkəməsi) casusluq ittihamından bəraət qazandıqdan sonra onun 7 illik həbs cəzası 2.5 ilə qədər azaldılıb. Bu qərardan sonra 4 ildən çox məhbus həyatı yaşayan İ.Bərzgəri sərbəst buraxılıb.

Xatırladaq ki, İ.Bərzgəri musiqiçi olmaqla yanaşı həm də diş həkimidir. O 2011-ci ildə Təbrizdə yaxalanıb və Tehranın Evin zindanına intiqal edilib. Məhbus 7 ay təknəfərik məhbəsdə saxlanılıb.
Bu xəbər oxucular tərəfindən 708 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed