09.10.2015 [11:24] - Gündəm, Hüquq
“Leyla və Arif Yunus törətdikləri cinayət əməllərinə görə, Azərbaycan qanunları çərçivəsində cəzalarını alıblar. Hansısa beynəlxalq təşkilatın onların azad olunmasını tələb etməsi beynəlxalq normalara, qanuna ziddir”. Bunu Milli Məclisin deputatı Elman Məmmədov “Human Rights Watch” təşkilatının Yunusları azad etmək tələbinə münasibət bildirərkən deyib.
E.Məmmədov qeyd edib ki, Leyla və Arif Yunusa qarşı irəli sürülmüş cinayət işləri ilə əlaqədar uzun müddət istintaq əməliyyatları həyata keçirilib. Millət vəkili bildirib ki, məhkəmə prosesi Azərbaycan qanunları çərçivəsində tam şəffaf və açıq formada aparılıb.
Deputat qeyd edib ki, indi bəzi beynəlxalq qruplar Leyla və Arif Yunus və digər bu kimi şəxslərin müdafiəsinə qalxırlar ki, guya onların hüquqları pozulur və bu şəxsləri guya siyasi motivlər əsasında həbs ediblər: “Bu təşkilatlar insan hüquqlarını qorumurlar. Azərbaycanda Ermənistan tərəfindən hüquqları kobud şəkildə pozulmuş bir milyondan artıq qaçqın və məcburi köçkün var. Həmin təşkilatlar indiyə qədər onları müdafiə edən bir söz deməyiblər? Amma 3-4 nəfər cinayət törətmiş insanları müdafiə etməklə məşğuldurlar”.
E.Məmmədov sonra vurğulayıb ki, əslində, bu təşkilatlar insan hüquqlarının qorunmasına xidmət etmirlər: “Həmin təşkilatlar Azərbaycanda pozuculuq fəaliyyəti ilə məşğul olur, Azərbaycan dövləçtiliyinə qarşı təxribat xarakterli əməllər törədirlər. Yunuslar və digərləri də bu təşkilatların Azərbaycan daxilində yaratdıqları məlumat verən casusluq şəbəkəsinin təşkilatçılarıdırlar”.
E.Məmmədov əlavə edib ki, Azərbaycanda bu şəbəkənin əl-ayağı yığışdırıldıqca, kökü kəsildikcə həmin təşkilatlar əl-ayağa düşür, narahat olmağa başlayırlar: “Bu təşkilatlar özləri də gözəl bilirlər ki, onlar bu hərəkətləri, Azərbaycanın daxili işlərinə müdaxilə cəhdləri ilə beynəlxalq hüququn, qanunların əleyhinə gedirlər. Həmin təşkilatlar indi casus şəbəkələrini qorumaq üçün dəridən-qabıqdan çıxırlar. Bunun üçün də Azərbaycana qarşı təhdid, şər-böhtan kampaniyası aparırlar".

Bu xəbər oxucular tərəfindən 940 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |