09.10.2015 [17:03] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Rusiya Suriyaya Xəzər üzərindən raketlər atdığını deyərək Xəzər bölgəsində öz hərbi dominantlığını nümayiş etdirmək istəyir, Azərbaycanda təhlilçilər belə hesab edir.
Oktyabrın 7-də Rusiya Müdafiə naziri Sergey Şoyqu bildirib ki, Xəzər dənizində mövqe tutan dörd hərbi gəmidən İD qruplaşmasının 11 hədəfinə 26 raket buraxılaraq həmin hədəflər məhv edilib.
Daha sonra Rusiya prezidentinin mətbuat katibi Dmitriy Peskov Rusiya hərbi gəmilərinin Xəzər dənizindən atdığı raketlərin İraq və İran ərazisindən keçdiyini və trayektoriyanın rəsmi Bağdad və Tehranla razılaşdırıldığını bildirib.
Rusiyanın atdığı raketlər üçün həm də Azərbaycanın cənub sularından istifadə olunub. Moskva bu barədə Azərbaycanı öncədən məlumatlandırıbmı? Rəsmi Bakı Suriyadakı obyektlərin vurulması üçün öz ərazisindən istifadəyə icazə veribmi?
Azərbaycanın Müdafiə Nazirliyi hələ ki, bu barədə açıqlama verməyib. XİN isə şərh verməyəcəyini deyir.
Milli Məclisin Təhlükəsizlik və Müdafiə Komitəsinin üzvü Fərəc Quliyev deyir ki, raketlərin Azərbaycan ərazisindən keçdiyi barədə elektron qeydlər mövcuddursa, o zaman uçduğu halda Rusiya hörmətlə yanaşmalı və izahat verməlidir.
"Biz qonuşlarla sıfır problemli siyasət yürüdürük. Qonşulara hörmətlə yanaşırıq və bizə də hörmət olunmasını tələb edirik", o BBC Azərbaycancaya deyib.
Eyni zamanda millət vəkili Rusiyanın Suriya münqişəsində iştirakının Azərbaycana ciddi təsir edəcəyini düşünmür. Onun sözlərinə görə, Türkiyəni və Azərbaycanı bölgədə mühəribəyə qoşmaqda maraqlı tərəflər var.
"Azərbaycan ehtiyatlı mövqedədir və bunda haqlıdır. Mən hər iki ölkənin müharibə və münaqişələrə qoşulmamasını, amma mövqelərini də bildirmələrinin tərəfdarıyam. Azərbaycan yersiz müdaxiləyə yol verməməlidir", cənab Quliyev bildirir.
Əhali üçün şou
Şərq-Qərb Araşdırmalar Mərkəzinin rəhbəri Ərəstun Oruclunun sözlərinə görə, Rusiya "müəyyən mənada Qərbə yaxınlaşan İrana və istədiklərini əldə edə bilmədiyi Azərbaycana" təsir göstərməyə çalışır.
Ərəstun Oruclu Rusiyanın Suriya münaqişəsinə qoşulmasını "əhali üçün şou" adlandırır.
"Rusiya hökuməti öz yanlış xarici siyasəti ucbatından ciddi böhranla üzləşib. Həm də əhali arasında Ukraynadakı əməliyyatlara görə tənqidi mövqelər artır və Rusiya Ukrayna prosesindən asta-asta çəkilir. Ona daha möhtəşən şou lazımdır ki, vətənpərvərlik dalğası ilə böyük əksəriyyətin hissləri ilə oynaya bilsin", ekspert bildirir.
O deyir ki, bu cür təbliğat həm Azərbaycan, həm də, Xəzəryanı dövlətlər üçün təhdiddir və bu prosesdə Azərbaycan tam neytral mövqe göstərməlidir.
" Azərbaycan hər kəslə balanslı münasibət saxlamalıdır. Təbii ki, hər kəs dedikdə buraya Suriyadakı terrorçular və Əsəd rejimi aid deyil", cənab Oruclu əlavə edir.
"İD ilə Azərbaycanı üz-üzə gətirmək"
Hərbi ekspert Üzeyir Cəfərov deyir ki, Rusiyanın son dövrdə bölgədə fəallaşması və müəyyən gərginliyə səbəb olması "xoşagələn hal" deyil.
Onun sözlərinə görə, Rusiya İslam Dövləti qruplaşmasının hədəflərini Xəzər dənizindəki hərbi gəmilərindən buraxılan raketlərlə vurduğunu bildirməklə "faktiki olaraq İD ilə Azərbaycanı üz-üzə gətirib".
"Mətbuat gəmilərdən birinin kapitanının azərbaycanlı olmasını faktını qabartdı. Sanki Azərbaycanın münaqişəyə qarışdığı görüntüsü yarandı", deyən ekspert xəbərlərdə Azərbaycanın adının hallanmasından "narahat" olduğunu bildirir.
"Rusiya son vaxtlar nə etdiyinin fərqində deyil. Onun Ukraynada da apardığı əməliyyatlar nəzərə alınmalıdır və dünya artıq Rusiya ilə ciddi məşğul olmalıdır, cənab Cəfərov əlavə edir.

Bu xəbər oxucular tərəfindən 836 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |