Şrift:
Bakıda “Avropa gənc alimlərinin genosid faktlarına baxışları” mövzusunda beynəlxalq forum keçirilib.
09.10.2015 [18:09] - Gündəm, Mədəniyyət
Azərbaycan Gənc Alim, Aspirant və Magistrlar Cəmiyyətinin təşkilatçılığı, Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun dəstəyi, o cümlədən Avropa Gənc Alimlər Şurasının (EURODOC) tərəfdaşlığı ilə keçirilən forumun məqsədi soyqırımı və genosid faktlarının tədqiqinə gənc alimləri cəlb etmək və azərbaycanlılara qarşı ermənilər tərəfindən törədilən tarixi soyqırımı faktlarını dünyaya tanıtmaq olub.

Forumda 18 Avropa dövlətini təmsil edən, həmçinin ABŞ, Pakistan, Hindistan, Keniya, Qırğızıstan, Qazaxıstan, İndoneziya, Fələstin, və Sudandan olan gənc alim və tədqiqatçılar iştirak edib.

Tədbirdə iştirak edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasının əməkdaşı, AMEA Əlyazmalar İnstitutunun doktorantı Təranə Mirzəyeva “Qondarma Ermənistan dövlətinin yaranması və azərbaycanlıların soyqırımında neft faktoru” adlı məruzə ilə çıxış edib.

Məruzədə xarici güclərin siyasi təzyiqləri nəticəsində 1918-ci il 29 mayda Azərbaycan Milli Şurasının qəbul etdiyi və İrəvanın, eləcə də ətraf torpaqların ermənilərə verilməsini nəzərdə tutan qərarın qəbul edilməsi, bunun nəticəsində də tarixdə 4 dəfə aborigen xalq olan azərbaycanlıların öz doğma yurdlarından deportasiya edilmələri, soyqırımlara məruz qalmaları, həmçinin erməni havadarlarının himayəsinin məqsədləri, ermənilərin zəngin neft və qaz yataqlarına malik Azərbaycana sahib olmaları üçün havadarlarının onlara siyasi dəstəyi və digər bu kimi tarixi faktlardan bəhs edilib.


Ruslan Kərimov,

AMEA Mərkəzi Elmi Kitabxana
Mətbuat xidməti
Bu xəbər oxucular tərəfindən 807 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed