Şrift:
Azərbaycan Gürcüstana təbii qazın əsas tədarükçüsü olaraq qalacaq - xüsusi nümayəndə
10.10.2015 [08:45] - Gündəm, Borçalı
Azərbaycan Gürcüstana təbii qazın əsas tədarükçüsü olaraq qalacaq, hətta Rusiyadan qaz kəməri vasitəsi ilə tranzit artacağı halda belə.

Bu barədə "Novosti Qruziya"ya müsahibəsində Gürcüstan baş nazirinin Rusiya ilə münasibətlərin nizamlanması üzrə xüsusi nümayəndəsi Zurab Abaşidze bildirib.

Gürcüstan 2007-ci ildən Rusiyadan qaz almır, əsas tədarükçü Azərbaycandır. Lakin Gürcüstan Rusiya qazının Ermənistana ümumi tranzit həcminin 10%-ni götürür.

"Əgər tranzit həcmi artarsa, və biz daha çox qaz alarıqsa, mən bunda pis bir şey görmürəm. Azərbaycan bu baxımdan bizim strateji tərəfdaşımızdır və bu belə olaraq qalacaq", — deyə Abaşidze bildirib.
Bu xəbər oxucular tərəfindən 970 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed