10.10.2015 [08:48] - Gündəm, Sosial
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) e-Gov.Identity - yeni mobil eyniləşdirmə (identifikasiya) platformasını işə salır. Bunu MHM-in Veb proqramlaşdırma şöbəsinin müdiri Emin Novruzov deyib.
Onun sözlərinə görə, abonentin telefonuna bağlı olacaq e-Gov.Identity platforması loqin və şifrə, yaxud elektron hökumət (e-gov.az) portalına giriş üçün istifadə edilən elektron imzadan ibarətdir: “Əvvəlcə elektron xidmətlər və müxtəlif ödəniş resurslarına, məsələn, Hesab.az və ya ASAN Pay-ə giriş üçün yalnız identifikatorun yaradılması nəzərdə tutulurdu. Sonra isə e-Gov.Identity-yə elektron imza funksiyasının əlavə edilməsi qərara alındı ki, bu da mobil eyniləşdirmə platformasını daha funksional etdi. Bununla da elektron sənədləri imzalamaq imkanı yarandı”.
E.Novruzov qeyd edib ki, yeni platformanın kartriderin olmasına ehtiyacı yoxdur. Bundan başqa, onun istifadəsi üçün Sim-kartın dəyişdirilməsi tələb olunmur və e-gov.az portalında qeydiyyatdan keçərək loqin və şifrəni almaq, yaxud mövcud elektron imzadan istifadə etmək kifayət edir.
O, əlavə edib ki, aktivləşdirmə SMS üzrə həyata keçiriləcək, bundan sonra istifadəçiyə xüsusi eyniləşdirmə nömrəsi göndəriləcək: “İstifadəçi həmin nömrəni sonra dəyişə biləcək. Perspektivdə aktivləşdirməni USSD komandası üzrə həyata keçirmək mümkün olacaq ki, bu da artıq mobil rabitə operatorları ilə müzakirə mövzusudur".
İstifadəçilərə, həmçinin müxtəlif elektron xidmətlərə təhlükəsiz çıxış əldə etməyə və elektron sənədlərin imzalanması üzrə əməliyyat aparmağa imkan verən servis təqdim ediləcək. Mobil eyniləşdirmə platformasına xidmət göstərilməsi üçün yeni sertifikasiya mərkəzi yaradılacaq.
İlkin mərhələdə xidmətin pulsuz göstərilməsi planlaşdırılır.

Bu xəbər oxucular tərəfindən 715 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |