Şrift:
Pilotun huşunu itirməsi səbəbindən təyyarə məcburi eniş etdi
10.10.2015 [08:52] - Gündəm, Hadisə
Britaniyanın “Easy Jet” aviaşirkətinə məxsus “Airbus A320” təyyarəsi ekipaj komandirinin huşunu itirməsi səbəbindən Venesiyadakı Marko Polo aeroportuna məcburi eniş edib.

RİA Novosti-nin verdiyi məlumata görə, Londonun Qatvik aeroportundan qalxan təyyarəni Marko Polo hava limanına ikinci pilot endirib. Təyyarədə olan 164 sərnişinin heç biri xəsarət almayıb. Huşunu itirən ekipaj komandiri xəstəxanaya yerləşdirilib.
Bu xəbər oxucular tərəfindən 666 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed