12.10.2015 [09:56] - Gündəm, İqtisadiyyat
İranın Türkiyəyə qaz tədarükünü artırmaq üçün böyük potensialı və texniki imkanları, eləcə də Avropa ölkələrinə öz qazını ixrac etmək üçün texniki imkanları var.
Bu barədə eksklüziv müsahibəsində İran parlamentinin energetika komissiyasının birinci katibi Əmir Abbas Soltani deyib.
Onun sözlərinə görə, İran daim İran qazını almaq istəyən ölkələrlə əməkdaşlıq etməyə hazırdır: "Qərbin sanksiyalarından öncə Ankara ilə Tehran arasında ikitərəfli sıx münasibətlər var idi. Ankaranın Suriyaya qarşı siyasəti Türkiyə ilə İran münasibətlərinə təsir edə bilməz".
Sonra deputat qeyd edib ki, Ankara ilə Tehran arasında mövcud olan mədəni və dini bağlılığın fonunda bütün fikir ayrılıqları aradan qalxa bilər.
Bir müddət əvvəl Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bəyan edib ki, Türkiyə yalnız Rusiyadan deyil, başqa mənbələrdən də qaz ixrac edə bilər.

Bu xəbər oxucular tərəfindən 703 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |