Şrift:
Tikantəpədə düşən uçan naməlum obyektin parçaları üzərində rusca yazılar var
12.10.2015 [10:01] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Bir neçə gün öncə Rusiyanın Xəzər dənizindən Suriyaya atdığı 26 raketdən 4-nün İran ərazisində düşdüyü barədə məlumatlar yayılıb.
Hələlik uçan naməlum obyektin raket vəya pilotsuz (xələbansız) aparat olduğu dəqiqləşməsə də, onların Güney Azərbaycanın Tikantəpə, Astara və Mahnişan (Aynişan) məntəqələrində düşdüyü bildirilir. Bununla bağlı Mahnişanın Ələmkəndi və Uryad kəndlərində təhlükəsizlik qüvvələrinin artdığı və bölgəni nəzarətə aldıqları bildirilir. Bu kəndlərdə sözügedən raketlərdən birinin düşdüyü ehtimal olunur.

Həmçinin raketlərin düşdüyü yerlərdən biri də Qərbi Azərbaycanın Tikantəpə bölgəsində yerləşən Qızqapan kəndidir. Xəbər verdiyimiz kimi, naməlum obyektin kəndin yaxınlığına düşdüyü səbəbindən, kənd evlərində bir çox pəncərə şüşəsi qırılıb. Əldə edilən məlumata görə, Qızılqapanda düşən naməlum obyektin parçaları üzərində rusca yazılar görünür. Bu barədə aşağıdakı Görünmtüləri müşahidə edə bilərsiniz.

Qeyd edək ki, Rusiyanın Suriyaya atdığı 26 rakletdən 4-nün İran ərazisinə düşdüyü ilə bağlı informasiyanı CNN telekanalı, “Reuters” xəbər agentliyi və Amerika Birləşmiş Ştatlarının (ABŞ) rəsmiləri yayıb. Amerika kəşfiyyatı parçalanan raketlərin sayının 4 ədəd olduğunu bildirib. Rusiya və İran tərəfi xəbəri təkzib edib.
Bu xəbər oxucular tərəfindən 820 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed