12.10.2015 [11:17] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda azərbaycanlı milli-mədəni fəallar Səcad Colani və Həsən Colani Ərdəbilin ETTELAAT idarəsinə çağırılıblar.
Özlərini təhlükəsizlik qurumların məmurları adlandıran naməlum şəxslər oktyabrın 11-də (mehrin 19-da) hər iki fəala zəng vurrublar. Telefon danışığında fəallara bildirilib ki, onlar milli zəmində apardıqları fəaliyyət barədə ifadə vermək üçün Ərdəbilin ETTELAAT idarəsinə gəlməlidirlər. ETTELAAT əməkdaşları həmçinin iki gözdən şikəst olan pedaqoji ixtisas üzrə təhsil alan Səccad Colanini telefonda təhdid edərək, onun ali təhsilini davam etdirməsinə mane olacaqlarını da bildiriblər.
Xatırladaq ki, dinc fəal Səccad Colani 2013-cü ildə İranda Ana Dili Gününə həsr olunmuş tədbirlərə və Savalan dağında keçirilən illik mərasimə qatıldığına görə bir neçə dəfə tutulub.
Qeyd edək ki, son günlərdə Güney Azərbaycanın müxtəlif şəhərlərində milli-mədəni dinc fəalların təhlükəsizlik qururumlarına çağırılaraq təzyiq altında dindirilməsi daha kəskin hal alıb.

Bu xəbər oxucular tərəfindən 919 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |