12.10.2015 [11:22] - Gündəm, Mədəniyyət
Azərbaycanda dəmir yolunun yaranmasının 135 illiyi ərəfəsində Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin Mətbuat Katibliyi tərəfindən “Dünyaya açılan pəncərə” adlı sənədli film hazırlanıb.
QSC-dən verilən məlumata görə, filmdə Azərbaycanda ilk dəmir yolunun çəkilməsi və onun inkişaf mərhələləri, 1941-1945-ci illərdə Azərbaycan dəmiryolçularının öz iş fəaliyyətlərinin istiqamətini dəyişərək ön cəbhənin tələblərinin yerinə yetirilməsi və qələbənin tezləşdirilməsinə yönəltməsi, 1941-ci il iyulun 23-də qatarların hərəkətinin xüsusi hərbi qrafikə keçirilməsi, sərnişin vaqonlarının sanitar vaqonları kimi yenidən quraşdırılması, Bakı vaqon təmiri zavodunda döyüş sursatlarının istehsal edilməsi tarıxı görüntülərlə öz əksini tapıb.
Eyni zamanda Azərbaycan Dəmir Yolunun inkişafının ən sürətli və parlaq dövrünün ulu öndər Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-2003-ci illəri əhatə etməsi, həmin illərdə illərdə 14300 texniki yeniləşmə metodunun tətbiq edilməsi və bunun dəmir yolunun bütün sahələrini əhatə etməsi, onun alternativi olmayan siyasi kursunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev uğurla davam etdirilməsi də əks olunur.
Filmin məsləhətçisi "Azərbaycan Dəmir Yolları" Qapalı Səhmdar Cəmiyyətinin sədri Cavid Qurbanov, rejissoru Nadir Əzməmmədov, ssenari müəllifi Vasif Süleyman, operator və montaj edəni Xəqani Hüseynzadədir.

Bu xəbər oxucular tərəfindən 791 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |