12.10.2015 [11:25] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda Azərbaycan milli kimliyi uğrunda dinc mübarizə apardıqlarına görə bir həftə əvvəl Müşkinşər (Xiyav) şəhərində tutulan gənc fəallar Sina İrşadi və Rza Nuraninin məhkəməsi keçirilib.
Oktyabrın 11-də (mehrin 19-da) keçirilən məhkəmədə hər iki fəala qarşı irəli sürülən ittihamlara baxılıb. Fəallar yeni tədris ilində məktəblərin açılması zamanı şəhər divarlarında ana dilində təhsil hüququ ilə bağlı şüarlar yazmaqda və bununla da sistemə qarşı təbliğat aparmaqda günahlandırılıblar. Meşkinşəhr məhkəməsində gənc fəallar özlərini müdafiə edərək onlara qarşı irəli sürülən ittihamları rədd ediblər. Məhkəmənin fəallara qarşı çıxardığı qərar barədə hələlik məlumat yoxdur.
Xatırladaq ki, ETTELAAT-ın Meşkinşəhr şöbəsinin əməkdaşları fəallar Sina İrşadi və Rza Nuranini milli zəmində apardıqları dinc mübarizəyə görə oktyabrın 4-də tutublar.
Qeyd edək ki, yeni tədris ilində ölkədə məktəblərin açılması ilə bərabər Güney Azərbaycanın müxtəlif şəhərlərində ana dilində təhsil tələbi ilə bağlı divarlarda geniş şəkildə şüarlar yazılıb. Məhkəməsi keçirilmiş həmin fəalların həbsi də bununla əlaqələndirilir.

Bu xəbər oxucular tərəfindən 969 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |