Şrift:
Urmu gölü böhranı ilə bağlı daha bir rəsmi Etiraf!
12.10.2015 [13:24] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Urmu gölünün quruldulması, ətraf-mühitə diqqətsizlik və Azərbaycan bölgəsinə olan ayri-seçkilik siyasəti zaman-zaman etiraf edilir.
Ətraf-Mühit Təşkilatının təlim və əhalinin iştirakı şöbəsinin baş müdiri bildirib ki, “15 il bundan öncə Urmu gölünün quruyacağı ilə bağlı proqnozlar var idi, lakin medianın bu məsələni işıqlandırmaması gölün qurumasına yardımçı oldu.”

Urmu gölü məsələsində Medianın fəaliyyətini kəskin tənqid edən Ətraf-Mühit Təşkilatının rəsmisi bəyan edib ki, “media Urmu gölü böhranının həllini bir ciddi tələb kimi ortalığa qoya bilmədiyi üçün, bizi gölü canlandırmaq üçün 15 milyardlıq vəsait xərcləməyə məcbur etdi.”

Qeyd edək ki, İran mətbuatı Güney Azərbaycanın zəlzələ, su qıtlığı və ekoloji problemi kimi önəmli hadisələrini ya işıqlandırmır vəya zamanında və yetəri qədər gündəmə gətirmir. Bu iddia Qaradağ zəlzələsi zamanı təmami ilə öz təsdiqini tapdı. İran mətbuatı təxminən 2. 3 gün müddətinə baş verən təbii fəlakətlə bağlı xəbər yaymadı və Telekanallar gündəlik proqramlarını davam etdirdilər.
Bu xəbər oxucular tərəfindən 897 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed