Şrift:
4 azərbaycanlı fəal Ərdəbilin Cəza Məhkəməsinə çağırılıb
13.10.2015 [10:02] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
İranda azərbaycanlıların milli və mədəni hüquqlarının tanınması uğrunda dinc mübarizə aparan 4 fəal Ərdəbilin Cəza Məhkəməsinə çağrılıb.
Güney mənbələrinin yaydığı məlumata görə, Ərdəbil Cəza Məhkəməsinə çağırılan fəallar Tohid Əmir Əmini, Fərşad Piçkanlu, Mustafa Pərvin və Murtuza Pərvindir. Çağırışda azərbaycanlı fəallara bildirilib ki, onlar milli zəmində apardıqları fəaliyyət barədə ifadə vermək üçün noyabrın 18-də (abanın 26-da) Ərdəbil Cəza Məhkəməsinin 103-cü şöbəsinə gəlməlidirlər.

Ərdəbilli fəalların Cəza Məhkəməsinə çağırılması isə onların bundan əvvəl şəhərin “Təxti” stadionunda keçirilən futbol yarışlarının birində məhbus azərbaycanlı fəal Abbas Lisaniyə dəstək məqsədi ilə qaldırdıqları yazılı plakatlar və onun işi (dosyesi) ilə əlaqədardır.

Xatırladaq ki, fəallardan ikisi, yəni Murtuza Pərvin və Meysəm Colani bu ilin sentyabr ayında (şəhrivərin 22-də) Ərdəbil İstintaq İdarəsinin 5-ci şöbəsinə çağırıldıqdan sonra tutulumuş, Ərdəbil zindanına köçürülmüşdülər. Fəallar az sonra zaminə buraxılmışdılar.
Bu xəbər oxucular tərəfindən 797 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed