Şrift:
Fərəc Quliyev başsağlığı verib
14.10.2015 [09:17] - Xəbərlər, Özəl xəbər, Fərəc Quliyev
Türkiyənin paytaxtı Ankara şəhərində 92 nəfərin ölümü 365 nəfərin yaralanması ilə nəticələnən qanlı terror hadisəsiylə bağlı Milli Dirçəliş Hərəkatı Partiyasının sədri, millət vəkili Fərəc Quliyev Türkiyənin Azərbaycandakı səfirliyinə başsağlığı məktubu ünvanlayıb. Məktubda deyilir:
“Cənab səfir, dəyərli qardaşlarımız!
Azərbaycan və Türkiyə uzun illərdir terrordan əziyyət çəkən dövlətlər kimi eyni taleni yaşayırlar. Heç kimə sirr deyil ki, bunun birinci səbəbi bizim məhs Türk olmağımızdır. Türk millətinə qarşı törədilmiş terror hadisələri bütün Türk Dünyasını sarsıdır. 10 Oktyabr tarixində Ankarada baş vermiş qanlı terror hadisəsi də bütün Türk Dünyasında, o çümlədən Azərbaycanda böyük hiddətlə qarşılanmışdır. Sarsıntıyla anılan bu terror qurbanlarının doğmalarına və bütün Türkiyə xalqına şəxsim və sədrlik etdiyim Milli Dirçəliş Hərəkatı Partiyası adından dərin hüzünlə başsağlığı verir, Allahdan səbir diləyirik.
Terror qurbanlarına Allah rəhmət etsin, yerləri Behişt, ruhları şad olsun!”
Bu xəbər oxucular tərəfindən 868 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed