Şrift:
İran parlamentində Qərblə nüvə razılaşmasının icrasına dair layihənin təfərrüatı qəbul edilib
14.10.2015 [09:41] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Okryabrın 13-də İran parlamentində Qərblə nüvə razılaşmasının icrasına dair layihənin təfərrüatı səs çoxluğu ilə qəbul edilib.
Parlament iclasında nüvə razılaşmasına qarşı müxtəlif və müvafiq deputatların çıxışından sonra Qərblə razılaşmanın icrasına dair layihənin təfərrüatı səsə qoyulub. Səsverməyə qatılan deputatlardan 161 nəfər layihənin lehinə, 59-u isə əleyhinə səs verib. 13 nəfər də bitərəf qalıb. Bununla da ölkənin uzun müddətdir 5+1 qrupu ilə apardığı nüvə razılaşmasının icrası ilə əlaqədar layihənin detalları səs çoxluğu ilə qəbul edilib.
Layihənin təfərratı səsə qoyularkən nüvə razılaşmasının tərəfdarları ilə müxalifləri arasında qızğın mübahisələr yaranıb. “Paydari” cəbhəsinin qatı mühafizəkar üzvlərindən biri olan deputat Mehdi Kuçəkzadə parlamentin rəyasət heyətinə və jurnalistlərə yaxınlaşaraq qışqıra-qışqıra etiraz bildirərək deyib ki, ölkənin dini lideri bu razılaşmanın tərəfdarı deyil.
Digər müxalif deputat, axund Həmid Rəsayi əllərində yazılı vərəqə qaldıraraq layihənin qəbul edilməsi ilə qanun pozuntusuna yol verildiyini iddia edərək parlament sədri Əli Laricaniyə etiraz bildirib. Çox gərgin bir şəraitdə keçirilən iclasda axund Həmid Rəsayi ilə urmiyalı deputat Nadir Qazipur arasında da mübahisə yaranaraq hər iki deputat bir-biri ilə əlbəyaxa olub.
Bu xəbər oxucular tərəfindən 727 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed