Şrift:
Şərqi Azərbaycanda 135 məhbus xeyriyyəçilərin yardımı ilə azadlığa buraxılıb
14.10.2015 [10:23] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Şərqi Azərbaycan Ədliyyə İdarəsinin rəisi qəsdsiz olaraq suç işləməkdə günahlandırılan 135 məhbusun azad edildiyini bildirib. Onlar Şərqi Azərbaycan vilayətinin xeyriyyəçi şəxslərinin köməyi ilə ilin birinci 6 ayında azadlığa buraxılıb.
Xeyriyyəçilərin bu addımını alqışlayan Hikmətəli Müzəffəri mövzu ilə bağlı deyib ki, “cari ilin birinci 6 ayında 135 nəfər zindandan azad edilib. Onlar qəsdsiz suç işləməkdə günahlandırılan məhbuslardır. Azad edilən məhbuslar Şərqi Azərbaycan vilayətinin xeyriyyəçi şəxslərinin köməyi ilə öz ailələsinə qovuşublar.”

Qeyd edək ki, İranda xüsusi ilə də mərkəzdən uzaq olan yoxsul bölgələrdə çoxsaylı insan iqtisadi çətinlikdən dolayı insanlar və banklara olan borclarına görə həbs cəzasına məhkum edilir. Həmçinin ailə münaqişəsi və boşanmaq problemlərindən dolayı çoxsaylı insan həbsxanalar küncündə çürüyür. Azərbaycan vilayətlərində zaman-zaman xeyriyyəçi şəxslər bu insanlar və onların ailəsinin imdadına çatır və bu istiqamətdə təqdirəlayiq addımlar atırlar. Azərbaycan vilayətlərində bərbad gündə olan bir çox təhsil ocağı və məktəb (mədrəsə) binaları da xeyriyyəçi soydaşlarımız tərəfindən təmir edilir vəya yeni binalar tikilir.
Bu xəbər oxucular tərəfindən 801 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed