Şrift:
Təbrizdə Urmu gölü adlı aşıq mahnısı hazırlanıb
14.10.2015 [11:34] - Güney Azərbaycan xəbərləri, Güney Azərbaycan-Təbriz
Güney Azərbaycanda Urmu gölü böhranı müxtəliff vasitələrlə tərənnüm və təsvir edilir.
Son məlumata görə, Urmu gölü incəsənət və mədəniyyət festivalının keçirildiyi bir vaxtda “Urmu gölü” adlı aşıq mahnısı hazırlanıb.

“Urmu gölü” mahnısının şeir və ahəngi və həmçinin onun ifası aşıq Ayət Qənbəriyə aiddir.

İncəsənət əsərinin icrasında aşıq A.Qənbərini balabanda Vəhid Qənbəri və dairədə Əli Əbdullahi müşayiət edib.

Qeyd edək ki, hazırda 95 faizi quruyan Urmu gölü uzun illərdir Güney Azərbaycanda şeirlər mövzusudur və bir çox musiqi parçası o cümlədən Rep musiqisi ilə tərənnüm edilir. Bundan başqa, Urmu gölü ilə bağlı keçirilən kütləvi etiraz aksiyalarında səsləndirmək üçün bir çox şüar yaradılıb. Bütün bunlar bu günə qədər İran rejimi tərəfindən eşidilməyib və gölün böhranı ilə bağlı heç bir əməli addım atılmayıb.
Bu xəbər oxucular tərəfindən 827 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed