15.10.2015 [11:18] - Gündəm, İdman
Oktyabrın 14-də Azərbaycan Su İdman Növləri Federasiyasına yeni vitse-prezident təyin olunub. Bu barədə Federasiyanın mətbuat xidmətindən məlumat verilib.
Məlumatda bildirilir ki, Federasiyanın yeni vitse-prezidenti Bakı Su İdman Sarayının direktoru Elçin Həsənov təsdiq edilib.
Federasiyanın iclasında fəaliyyət planları və görüləcək işlər müzakirə olunub.
Sonra iclasın gündəliyinə uyğun olaraq, Braziliyada keçiriləcək RİO-2016 Olimpiadasına və "Bakı 2017" IV İslam Həmrəyliyi Oyunlarına hazırlıq planları, görüləcək işlər, qarşıda duran vacib məsələlər müzakirə olunub.
İcraiyyə komitəsinin iclasında həmçinin federasiyanın nəzdnində fəaliyyət göstərən su idman növləri üzrə məşqçilərin hesabatları dinlənilib. Onlar federasiya rəhbərliyinə Bakı 2015 Avropa Oyunlarında idmançılarımızın çıxışları, bu mötəbər yarışdan sonra gənclərin su idman növlərinə olan maraqları, qarşıdakı illərdə keçiriləcək idman yarışlarında iştiraklar və bir çox məsələlər barədə məlumat veriblər.
Sonda Azərbaycan Su İdman Növləri Federasiyasının 3 illik fəaliyyət planı və görülən işlər barədə hesabat dinlənildi, müzakirə olunub. Ümumilikdə federasiyanın fəaliyyəti qənaətbəxş hesab edilib.

Bu xəbər oxucular tərəfindən 584 dəfə izlənilmişdir!
Yahoo | |||||||
Del.icio.us | Digg | StumbleUpon | FriendFeed |