Şrift:
Üçüncü dünya müharibəsi həyəcanı
04.10.2011 [16:08] - Güney Azərbaycan xəbərləri
Rusiyanın NATO daimi nümayəndəsi, Kosovanın üçüncü dünya savaşını başlada bilmə ehtimalının olduğunu söylədi.
Rusiyanın NATO daimi elçisi Dmitri Rogozine, “Russia Today (RT)” kanalında qonaq olduğu bir programda, Kosovanın üçüncü dünya müharibəsini başlada biləcəyini dedi.

“Birinci dünya müharibəsi də Balkanlarda başlamışdı”
Brüsseldən proqrama qoşulan Rogozine:
“Kosovanın Quzeyindəki qeyri-müəyyənlik 12 ildən üzübəri davam etməkdədir. Son dönəmdə meydana gələn hadisələr Avropanın güvənliyini təhdid edir. Bu durum dünya savaşına qədər gedə bilər. Serbiya əhalisinin Kosovadakı hadisələrə səbr edə bilməməyi bu savaşa səbəb ola bilər. Birinci dünya müharibəsi də Balkanlarda başlamışdı. Rusiya, NATO-dan bir komissiyanın qurulmasını istədi amma NATO rədd etdi. Rusiya bundan sonra da Kosovanın müstəqilliyini tanımayacaq!" dedi.
Bu xəbər oxucular tərəfindən 1385 dəfə izlənilmişdir!
Google Yahoo Facebook Twitter
Del.icio.us Digg StumbleUpon FriendFeed